İraq (Əhməd Cavad)
İraq (Əhməd Cavad) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27. |
Çoxdan ayrı düşdük biz yar elindən,
Əcəb о yerlərdə “biz deyən” varmı?
Biz anmaqdan, söyləməkdən yorulduq,
Bir düşünən bizi, söyləyən varmı?
Bizdə qələmlərin düşüncəsində,
Yazılan sözlərin ən incəsində;
Qərib minarənin yanıq səsində
Yalmz “O” var... bilməm, dinləyən varmı?
Hər kəs deyir ki, bənim könlüm nə dolğun,
Bilən yoxmu “Kim"ə məftun olduğum?