İstifadəçi müzakirəsi:CAHİT123

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Mövzu əlavə et
Vikimənbə saytından
Ən son rəy: 5 il öncə, Araz Yaquboglu tərəfindən
Xoş gəlmisiniz, CAHİT123!

Salam, CAHİT123, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası — Vikimənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni əsər əlavə etmək üçün tərəddüd etmə, cəsur ol, Vikimənbə hər kəs üçün azad məkandır.
  • Vikimənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (əsərlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz əsərin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında səhifə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz.--Araz Yaquboglu (müzakirə) 08:14, 28 yanvar 2019 (UTC)Cavabla


Əliağa Kürçaylı Qaranquş

Görürəm,yaz yağışı              Nə əsən güclü külək,
Yağır hiddətlə yenə.            Nə yağan güclü yağış
İldırımlar şaxıyır              O zərif quşcuğazı
Göydə dəhşətlə yenə.            Bircə an saxlamamış.

Söykənib pəncərəyə              Elə bil lap bu saat
Baxıram hər yana mən.           Gəlsə qış,yağsa da qar,
Yenə yollar kəsilib,            O dayanmaz yenə də,
Nə gələn var,nə gedən.          Daha sürətlə uçar.

Göydə karvan çəkərək            Alaraq dimdiyinə
Sıx buludlar dolanır.           Quşcuğaz yem aparır.
Hərə bir yer taparaq            Bax bununçün havanı
Sığınıb daldalanır.             İldırımtək o yarır.

Belə neysanda fəqət             İndi,yəqin,yolunu
Bir qaranquş görürəm.           Gözləyir ağ balalar.
Yağış altında onu               Dözməyir qəlbi onun,
Qanad açmış görürəm.            Körpələr ac qalalar.

Bədənindən su damır,            Baxıram,yaz yağışı
İslanıbdır o,tamam,             Yağır hiddətlə yenə.
Düzü,heyran kəsilir             O qaranquşsa uçur
Ona baxdıqca adam.              Göydə sürətlə yenə...