İstifadəçi müzakirəsi:Hüseyin Cəlilov

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Mövzu əlavə et
Vikimənbə saytından
Ən son rəy:1 il öncə, Hüseyin Cəlilov tərəfindən "Vüqar Biləcəri" mövzusunda
Xoş gəlmisiniz, Hüseyin Cəlilov!

Salam, Hüseyin Cəlilov, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası — Vikimənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni əsər əlavə etmək üçün tərəddüd etmə, cəsur ol, Vikimənbə hər kəs üçün azad məkandır.
  • Vikimənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (əsərlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz əsərin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında səhifə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz.--Araz Yaquboglu (müzakirə) 05:26, 22 noyabr 2022 (UTC)Cavabla

Vüqar Biləcəri[redaktə]

Salam. Vüqar Biləcərinin şeirləri müəlliflik hüququ ilə qorunduğundan onun vikimənbəyə əlavə edilməsi qaydalara ziddir. Hal-hazırda ancaq müəllifin vəfatından 70 il keçdikdən sonra əlavə edilə bilir. --Araz Yaquboglu (müzakirə) 05:28, 22 noyabr 2022 (UTC)Cavabla

Aleykum Salam. Bəli, elədir. Ancaq bu kitabdakı qəzəl və şeirlərinin demək olar ki, hamısının internetdə öz səsindən olan versiyasını tapa bilərsiniz. İnsanlar onsuz da ordan bu kitabdakı əsərləri rahatlıqla tapa bilərlər. Bizim də hər hansı bir qanunsuz iş görmək kimi məqsədimiz yoxdur. Sadəcə insanların, hətta gələcəkdəki insanların faydalanması, gözəl əsərlərlə tanış olması, bəlkə bir az da olsa mənəviyyat cəhətdən yüksəlməsi üçün belə bir şey edirik. İnanırıq ki, əgər Şair özü də sağ olsaydı, belə istəyərdi. Şairin ikinci kitabında internetdə olmayan, insanlara tanış olmayan, yeni qəzəlləri var. O səbəbdən, o kitabı bura yerləşdirməyəcəyik. Amma yenə də birinci kitabının bura yerləşdirilməsində təqsir olmadığını düşünürük. Allah razı olsun! Hüseyin Cəlilov (müzakirə) 04:27, 25 noyabr 2022 (UTC)Cavabla