Şairnamə

Vikimənbə saytından
Şairnamə
Müəllif: Aşıq Ömər

Mən aşiqəm, – deyə аh etmə könül,
Dağlarda duman var sən, olacaqsın.
Çağlar Hak dilincə Haqqa çağırır,
Şad Murat Umman var sən olacaqsın.
 
Yazıcoğlu yanmış evrak əlində
Məcnun Hakka yetmiş Leyla dilində.
Fərhad canı vermiş Şirin yolunda,
Füzuli sultan var sən olacaqsın.
 
Eşq ilə kül olmuş yanmış Niyazi,
Əşrəfoğlu gəzmiş Şamı, Şirazı.
Yunus mələklərdən olmuşdu razı,
Bekâyı bulan var sən olacaqsın.
 
Arınmış Kuddusi həp mâsivâdan,
Əmrah köçün çəkmiş darı fənаdan.
Mansuri kəndini asmuş səmаdan,
Canına qıyan var sən olacaqsın.
 
Âşıq Ömər gəlmiş çox yazmış ebyât,
Kâmili dünyada almamış murat.
Nizamoğlu, Dərtli çok qılmış fəryad,
Bekâyı, bulan var sən olacaqsın.
 
Aşık Qərib sazın asmış duvara,
Kərəm yana-yana dönmüş fənərə.
Kusuri’nin gözü bənzər pınara,
Ənəl Hak deyən var sən olacaqsın.

Mən аşiqəm, deyü çox qılma zârı,
Otur bir köşəyə edib qərarı.
Nə sultanlar gəlmiş Adəmdən bəri,
Fəryad i figan var sən olacaqsın.
 
Bəxşi âşık vardır sürər savurur,
Mahbûdi aşkından dağı devirir.
Altmış beş yaşında çalır çağırır,
Məsləki suzan var sən olacaqsın.
 
Mən deyiləm Hak söylədir dilimi,
Badə içdim kimsə bilməz halımı.
Bu yalan dünyadan çəkdim əlimi,
Məftuni nihan var sən olacaqsın.

Bilirsənmi аşıqlığın sirrini,
Cümləsi bu yolda vermiş sərini.
Daha öldürmədim nəfsin birini,
Ruhsati külhan var sən olacaqsın.