Açılmış (Çıldırlı Aşıq İrfani)
Açılmış Müəllif: Çıldırlı Aşıq İrfani |
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şеirləri, haqqındakı dastan-rəvayətlər), Bаkı, “Еlm vә tәhsil” nәşriyyatı, 2016 |
Yenә ziynәtlәndi hüsnün bağları,
Lala, sümbül, mor mәnәvşә açılmış,
Sәhәr-sәhәr gahdan gәlir sәdalar,
Bülbül kimi xoş lisanın açılmış.
Duyulurmu şu simanın özündәn,
Söylәdikcә şәkәr damlar sözündәn,
Lәvәnd-i kәkildir, bәdir üzündәn,
Tel-tel olmuş, top zülflәrin açılmış.
Әcәb kimlәr ola İrfanin dosdu,
Günbәgün artmaqda canımda qәsdi,
Qorxarım dәymişdir adnın dәsti,
Ol sәbәbdәn giribanın açılmış.