Arizin kim ol rüxi-pürnuri-tab üstündǝdir

Vikimənbə saytından
Arizin kim ol rüxi-pürnuri-tab üstündədir
Müəllif: Şah İsmayıl Xətai




Arizin kim ol rüxi-pürnuri-tab üstündǝdir,
Suyǝ bǝnzǝr kim, hǝmişǝ afitab üstündǝdir.

Haq bilür kim rüxlǝrin şǝnindǝ olmuşdur nüzul,
Ayǝti-müshǝf ki, ovraqi-kitab üstündǝdir.

Alǝmin rövşǝnliyi gǝrçi günǝşdǝndir, vǝli,
Pǝrtövi-mehri-cǝmalın aftab üstündǝdir.

Tabi-eşqindǝn hǝmişǝ gör nǝ sǝrgǝrdan gǝzǝr,
Asiman daim ki, yüzündǝn niqab üstündǝdir.

Mehri-eşqin nǝqdinǝ viranǝ könlümdür mǝqam,
Kim, bǝli gǝncin yeri daim xǝrab üstündǝdir.

Ayağın toprağıdır hǝq ǝhlinin başında tac,
Cismi daim bu Xǝtainin türab üstündǝdir.

Mənbə[redaktə]