Ay qadası

Vikimənbə saytından
Ay qadası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qaşların hilal,
Ağ üzündə xal,
Körpə bir maral,
Ay qadası.

Ləblərin şəkər,
Olmasa əgər,
Kim nazın çəkər,
Ay qadası.

Yandım eşqinə,
Qurbanam sənə.
Naz etmə mənə,
Ay qadası.

Sevdiyim nigar,
Ağ üzündə xal,
Körpə bir maral,
Ay qadası.

Mənbə[redaktə]

  • El Çələngi. Bakı,2004, səh.99.