Ayalı keçdi

Vikimənbə saytından
Ayalı keçdi
Müəllif: Aşıq Alı
dodaqdəyməz qoşma təcnis
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Yad edəndə yad ellərdə diyarı,
Aşığın eynindən ayalı keçdi.
Sərdə yaraşıqdı ata Ağ Aşıq,
Dərsini sənədli, ayalı keçdi.

Çətin ki, daralar yaşada səni,
Asi eylər haqqa, ya şada səni.
İslansan, salarlar yaşa da səni,
Cəhd eylə çat elə, a yalı keç di.

Ərşdən çən çəkildi, ayazı qaldı,
Əqil zaya getdi, ay azı qaldı.
Sənətdən yadigar a yazı qaldı,
Gərdişi-ah –zarla, ay Alı, keçidi.