Bir gün Həqiqət, mütləq Həqiqət doğar

Vikimənbə saytından
Bir gün Həqiqət, mütləq Həqiqət doğar! (1993)
Müəllif: RAUF CAVAD

Qorxaqlar-yaltaqlar yalanı danışar,
Yalanlarla doğurar səhvi , düz oxşar!

Görünməzsə həqiqət, nə olar həyat!?
Dünya şeytanlarla, yalanla qarışar!

Olsa əgər zülm həqiqət, vay cahana!
Axmaqlar aldanıb yalanla barışar!

Görən var zülm-zillət, nə qədər saxtalıq!?
Tarix yazar, zaman keçər, il dolanar!

Əcəb geyinib-bəzənib gopçu yalan,
Zənn etmə ki, şər, xeyirə qalib olar!

Çoxalıb yalan, oyanar bir gün insan!
Xeyir və şər mütləq öz yerini bular!

Ümid, sevgi, qanan varsa yaxşı-pisi,
Xeyirxah insan həyatı Nurla dolar!
 
Rauf hər Zamana söylər həqiqəti,
Bir gün Həqiqət, mütləq Həqiqət doğar!