Dağlar (Əhməd Cavad)
Dağlar Müəllif: Əhməd Cavad |
Dərdli sinəndəki əski cığırlar
İnsan izlərinə bənzər, a dağlar!
Bu ağır başlıca baxışın mənə
Qanlı əfsanələr söylər, a dağlar!
Oxunmaz olmuşdur daşlarda yazı,
Lal olub qalmışdır aşiqin sazı...
Gedərdi dərdimin bəlkə bir azı
Söylətsəydi səni birər, a dağlar!
Sinəndə hesabsız dastan düzülmüş,
Çox ahlar çəkilmiş, gözlər süzülmüş.
Yollarda bir aşiq yaman üzülmüş,
Dərdinə bir dərman istər, a dağlar!
Bir aşiq deyir ki: “Bilməm nədənsə,
Aşarkən karvanlar bir dağı kəsə;
Oxuyurdu qızlar verib səs-sosə,
Uzaqmı sürəcək səfər, a dağlar?!”
Eşitdim oskidon, bilmodim nerdə?
Çöldə bir karvanın qonduğu ycrdo
Tutularaq bir qız bir adsız dordo
Ağlarmış hər axşam, sohor, a dağlar!
Nerdon biləyim ki, çıxarkon yola,
Dedinmi onlara “Uğurlar ola!”
Sən söylo о coşqun türko, moğola,
Artıq qara günlər yetor, a dağlar!
Mən dinləyim böylə, gol nişan ver son,
Altun ordulardan, igid ərlərdən.
Karvanlar qonuğu kölgəliklordən
Kimlor gəlmiş, keçmiş kimlər, a dağlar?!