Derlər füsuni-qeyr səni meypərəst edüb
Derlər füsuni-qeyr səni meypərəst edüb Müəllif: Məhəmmədağa Cürmi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Derlər füsuni-qeyr səni meypərəst edüb,
Dil şişəsin bu səngi-məlamət şikəst edüb.
Mayil deyildi şəhd ləbin təlx badəyə,
Bilməm nə rəng ilə səni əğyar məst edüb.
Bir ahugözlü yar qılıb seyd könlümü,
Yarəb, komənd zülfü ilə paybəsi edüb.
Yadi-ləbinlə badəyə meyl eyləsəm nola,
Ləli-ləbinlə xəyali məni meypərəst edüb.
Cürmi, şikayət etmə qəmi-hicri-yardən,
Kilki-qəza rəqəm belə ruzi-ələst edüb.