Dil bəri еylə, еy könül, kеç qamudan ki, qamudan

Vikimənbə saytından
Dil bəri eylə, ey könül, keç qamudan ki, qamudan
Müəllif: İmadəddin Nəsimi


Dil bəri eylə, ey könül, keç qamudan ki, qamudan
Eyləməyincə dil bəri, bulmadı kimsə dilbəri.

Eşq ətəgin tut, ey könül, başını sal ayağına,
Gör nə derəm sana, eşit, eşqə yapışma sərsəri.

Anda imana gəlməyən bilmədi sirri-Əhmədi,
Bunda Əli gərək, əli ta yıxa babi-Хеybəri.

Mə’rifət əhlinə üzün Kə’bə, Bilali bənlərin,
Mehrab can quşun, vəli eynin imami-Cə’fəri.

Çəkdi saçı Nəsimiyi çənbəri-eşqə, neyləsin,
Çənbər anındır, oynasın dövri-qəmərdə çənbəri.