Gecə gördüm səni, ey afəti-dövran, yuxuda
Gecə gördüm səni, ey afəti-dövran, yuxuda Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Gecə gördüm səni, ey afəti-dövran, yuxuda –
Ki, edərdin mənə yüz lütfi-firavan yuxuda.
Görmüşəm ləlüvi, lazımdı tökülsün qanım,
Etibar olmaz əgərçi görələr qan yuxuda.
Zahirən abi-bəqayə yetəcək xəstə könül
Kim, bilibdir dəhənin sirrini pinhan yuxuda.
Nola ləlin görübən zövq ilə xəndan olsam,
Rəsmdir: - şad olu hər kim ola giryan yuxuda.
Var ümidim ola cəmiyyəti-vəslin məqdur
Ki, qara zülfüvi göz gördü pərişan yuxuda.
Gecə gördükdə səfayi-rüxün, ey Kəbeyi-hüsn.
Kaş olaydım, dolanıb başuva, qurban yuxuda.
Seyyidi-zar görüb vəslüvi bidar olmuş,
Bir gədadır ki, görüb özünü sultan yuxuda.