Gedim (Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gedim (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

Canım ana, gözüm ana,
Bir dua qıl, mәn dә gedim.
Sәnә qurban özüm, ana,
Bir dua qıl, mәn dә gedim.

Südün mәnә halal elә!
Bir xudadan sәn dә dilә!
Mәn dә gәlim gülә-gülә,
Haq deyәnә әmәl edim.

Qurbaniyәm, vara-vara,
Qurban olum nazlı yara.
Gecә-gündüz yolum ora,
Sir sözümü sәnә dedim.