Koroğlu (opera)/Birinci pərdə

Vikimənbə saytından
Koroğlu. Birinci pərdə
Müəllif: Üzeyir Hacıbəyov
İkinci pərdə


Xor--

Bu gözəl təbiət, bu şən mənzərə
Bir daha səadət verməz bizlərə;
Səadət verməz, səadət verməz, səadət verməz,
bizlərə, bizlərə, bizlərə.

Matəmə bürünmüş gözəl kəndimiz,
Görünür bu dünyada yox bəxtimiz.
Görmədik azadlıq üzü bir zaman,
Bizləri əzdi bəylər,
Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə)

V ә l i--

Dönmüşdür zəmanəmiz cəhənnəmə,
Mənim də varlığım bürünmüş qəmə.

N a d i r--

Həsən xan dünyanı dağıdır, didir,
Kəndləri talayır, xəlqi məhv edir.

Xor--

Doğrudur, xanlarda yoxdur mərhəmət;
Talanmış məmləkət, yanmış məmləkət.
Xan bilməz insaf, insanə cəbr edər,
Nadir, söylə görək daha nə xəbər?

N a d i r--

Həsən xan göndərmiş öz adamların.

V ә l i--

Öz adamların?

N a d i r--

Allahyar kəndçinin yarmış anbarın.

V ә l i--

Yarmış anbarın?

N a d i r--

Tamam aparmışlar arpa, buğdasın,
Qoyun, quzu, xoruz, toyuq, çolpasın;
Bir şeyi yox idi bunlardan səva.

X o r--

Nə qədri zülmüdür, nə qədri cəfa.

V ә l i--

Nə bəla gələcək görəsən yarın,
Belə getsə işi bizim xanların.

N a d i r--

Hər həftə başında bir xan, ya paşa.

V ә l i--

Bir xan, ya paşa,

N a d i r--

Qonaq gəlmiş olsa bu dağılmışa.

V ә l i --

Bu dağılmışa,

N a d i r--

Gedər var-yoxumuz qonaqlar üçün,
Oğul-uşağımız qalar ac o gün,
Bir ləzzət olmuyur əzabdan səva.

X o r--

Nə qədri zülmüdür, nə qədri cəfa.

V ә l i--

Nə bəla gələcək görəsən yarın,
Belə getsə işi bizim xanların.

V ә l i v ә N a d i r (ikisi birlikdə)--

Bizim xanlarıi, bizim xanların, bizim xanların.

X o r--

Bu gözəl təbiət, bu şən mənzərə
Bir daha səadət verməz bizlərə,
Səadət verməz, səadət verməz, səadət verməz, bizlərə, bizlərə,
Matəmə bürünmüş gözəl kəndimiz,
Görünür bu dünyada yox bəxtimiz.
Görmədik azadlıq üzü bir zaman,
Bizləri əzdi bəylər,
Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə)

N a d i r v ә V ә l i--

Həsən xan, Həsən xan,
Həsən xanın adamları,
Həsən xan, Həsən xan,
Həsən xanın adamları,
Həsən xan, Həsən xan, Həsən!…

İ b r a h i m x a n--

Oğrular, quldurlar,
Kimdə var ixtiyar,
Xan keçən yolları tozlaya, oğrular!
Vurun, qovun, vurun, qovun!…

H ә s ә n x a n--

Qamçıdır saxlayan bu rəiyyəti,
Qamçısız yaşamaz xanın dövləti.
Zülmə öyrənənlər sevməz mərhəmət,
Zülmsüz yaşamaz bizim məmləkət.
Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən dama salmasan,
Rəiyyət bir daha xanı dinləməz.

H ә m z ә b ә y--

Xanı dinləməz.

H ә s ә n x a n--

Malımın, canımın sahibi deməz.

H ә m z ә b ә y--

Sahibi deməz.

H ә s ә n x a n--

İstəsən xanlığı əz rəiyyəti,--
Söyləyib atalar bu vəsiyyəti, ah!
Qamçıdır saxlayan bu rəiyyəti,
Qamçısız yaşamaz xanın dövləti.
Zülmə öyrənənlər sevməz mərhəmət,
Zülmsüz yaşamaz bizim məmləkət.

H ә m z ә b ə y--

Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan.
Rəiyyət bir daha xanı dinləməz.

H ә s ә n x a n --

Xanı dinləməz.

H ә m z ә b ә y--

Malımın, canımın, xanısən deməz.

H ә s ә n x a n --

Sahibi deməz.

H ә m z ә b ә y--

İstəsən xanlığı öz rəiyyəti,--
Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti.

H ә s ә n x a n--

İbrahim xan, yügür bu saətdəİlxını hazır etdir əlbəttə.
İlxıdan bir at gərək seçəsən,
Söyləsin aləm afərin, əhsən!
Görməmiş olsun oylə at insan.

İ b r a h i m x a n--

Bu saət edərəm sərəncam.

H ә s ә n x a n--

Xanların xanıyam, böyük bir xan,
Yeddi min kəndə eylərəm fərman.
Şöhrətim, dövlətim, nəhayətsiz,
Səltənət qurmuşam, varım hədsiz,
Səltənət qurmuşam, varım hədsiz!

X o r--

İlxı qaçdı otlağa!

İ b r a h i m x a n--

İlxıdan qalmadı burda bir nişan,
Qalmış yerində beş-on cüt qulan,
İlxıçı ilxını sürdü otlağa.
Böyük cəza lazım o cür alçağa.

H ә s ә n x a n--

Qəsdən bunu etmiş ol haramzada.

H ә m z ә b ә y--

Qəsdən bunu etmiş ol haramzada. (2 dəfə)

İ b r a h i m x a n--

Qəsdən etmiş bunu ol haramzada.

H ә s ә n x a n--

Gətirin hüzura!

İ b r a h i m x a n--

Bu saət, qurban!

H ә s ә n x a n--

Məlunun qətlinə verərəm fərman.
İlxıdan ayrılmış beş-on cüt qulan,
Etina etmərəm bunlara, inan.
Oylə at istərəm bilinsin zatı,
Ya Dağıstan atı, ya ərəb atı.

Qoca A l ı n ı gətirirlər.

H ә s ә n x a n--

Söylə, qoca məlun, bu nə, bu nə, bu nə hilədir?
İlxını sürməkdə məqsədin nədir?

A l ı--

Ortada yox idi heç bir məqsədim,
Mən xana bir xidmət etmək istədim.
Nə qədər cins at var seçdim, saxladım,
Vallahi, yoxumdur heç bir məqsədim,
Billahi, yoxumdur heç bir məqsədim.

H ә s ә n x a n--

Heç mənası yoxdur yalan, yalan, yalan sözlərin,
Aparın, çıxarın bunun gözlərin!
Tez olun aparın, qoymayın qala!…

H ә m z ә b ә y v ә H ә s ә n x a n--

Döyməsən, söyməsən, malın almasan,
Dara çəkdirməsən, dama salmasan,
Rəiyyət bir daha xanı dinləməz,
Malımın, canımın sahibi deməz.
Sakitlik istəsən əz rəiyyəti,--
Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti….

N i g a r--

Şərir Həsən xan, zalım Həsən xan
Cəllada verdi fərman:
Fağır, günahsız, dilsiz, ağılsız Alını etsin qurban.
Kor etdilər yazıq Alını,
Dağıtdılar bütün malını.
Qəlbim yanır, odlanır
Mənim bu ahü nalədən,
Gələr bir gün, gələr bir gün
Bu məzlum xalq verər cəza
Bu məlun, zülmkar xanlara,
Bu eşq odundan yaralıyam mən,
Gözümdə Rövşən, sözümdə Rövşən,
Rövşən, Rövşən, Rövşən.
Rövşəndir dünyada məni yaşadan,
Rövşən məni sevir, mən də Rövşəni!…
Rövşən məni sevir, mən də Rövşəni.
Sevmirəm, sevmirəm varı, dövləti.
Ölsəm də saxlaram məhəbbəti.
Rövşəni minlərcə cana vermərəm,
Min bəyə, paşaya, xana vermərəm.
Sevirəm, sevirəm, sevirəm,
Sevirəm, sevirəm səni, əzizim Rövşən,
Sevirəm səni mən, səni mən,
Səni mən candan artıq sevirəm, Rövşən, Rövşən!
Bu eşq odundan yaralıyam mən, Rövşən!
Sevdim səni, Rövşən!
Rövşən gəlib çıxmadı,
Gözləməkdən yoruldum.
Ah, gəlirlər, gəlirlər,
Gəlir igid Rövşənim.
Hanı bəs Rövşən?

R ö v ş ә n (pərdə dalından)--

Səni gordum, hey!…

X o r--

Rövşəndir, Rövşən, Rövşən!

R ö v ş ә n--

Səni gördüm, aşiq oldum,
Dərdə saldın canımı.
Ala gözlər, dadlı sözlər,
Qara qaşlar, işvə nazlar….
Can alan yar tökdü nahaq qanımı.
Gözəlim gəl, halımı sor, rəhm elə.
Nazlı yarım, gülüzarım, işvəgarım, hey….
Nədir əmrin, tacidarım, sərvərim?…
Ah, Nigarım! Sevgili, nazlı dilbərim, sevgilim,
Sevgilim, ayrı düşdüm səndən, gəl görüm.

N i g a r--

Şərir Həsən xan, zalım Həsən xan
Cəllada verdi fərman,
Dilsiz, ağızsız, fağır, günahsız
Alını etsin qurban.
Kor etdilər yazıq Alını.

X o r--

Yazıq Alı!

N i g a r--

Dağıtdılar bütün malını.

X o r--

Yazıq Alı!

N i g a r--

Nə vaxtadək zalımın zülmü görməz intiqam?!

R ö v ş ә n--

Ax, intiqam, ax, intiqam!…

N i g a r v ә x o r--

Gərək bu gün edək qiyam,
Alaq o xandan intiqam!

N i g a r v ә R ö v ş ә n--

Ax, intiqam, ax, intiqam!…

X o r--

Gərək bu gün edək qiyam,
Alaq o xandan intiqam!

R ö v ş ә n--

Ax, intiqam, ax, intiqam!…

A l ı--

Rövşən, Rövşən!…
H a m ı--

Alaq o xandan intiqam!…

N i g a r v ә R ö v ş ә n--

Yazıq atam!…

R ö v ş ә n--

Sənin qanın yerdə qalmaz!

X o r--

Yazıq Alı kor, bədbəxt oldu,
Bədbəxt oldu, bədbəxt!

R ö v ş ә n--

Görünür taxsırın varimiş əlbət.

A l ı--

Ortada yox idi heç bir məqsədim,
Mən xana bir xidmət etmək istədim.
Nə qədər cins at var seçdim, saxladım,
Vallahi, yoxumdu heç bir məqsədim.
Ha, ha, ha….. (ağlayır).

X o r--

Nə qədər qulluq eyləsən,
Yolunda canından keçsən,
Yenə də axırda səndən
Razı qalmaz əsla nə bəy, nə xan,
Nə paşa, nə tacir, nə əyan.

A l ı--

Oldun sən kor oğlu, (2 dəfə)
Kor oğlu, kor oğlu, kor oğlu, kor oğlu!…

R ö v ş ә n--

Təngə gəldik, yox tavan,
Əzdi bizi vəhşi xan.
Görmədik bir yaxşı gün
Hərgiz, məhv edildik büsbütün,
Bəy, xan, paşa, mülkədar,
Yansın, batsın hər nə var.
Qalxsın üsyan şöləsi,
Rədd olsun vəhşi bəy, xan!
Mən daima düşmənəm
Xanlara, düşmən, düşmən.
Hər tərəfdən qanlar axsın
Sel kimi, sel kimi, sel kimi, sel!…
Üsyan etmək, üsyan etmək, məhv eyləmək,
Xanı məhv eyləmək, onu məhv eyləmək!
Yoxsul xalqa nicat verəcәk
Bir əlac var isə--usyan, usyan!…

X o r--

Hər bir yerdən--dağdan, daşdan,
Ormanlardan, insandan
Qalxsın üsyan, qalxsın üsyan!
Hər ölkədən, hər yandan!
Qoy rədd olsun, qoy məhv olsun
Bəylər, xanlar, zalımlar.
Qoy məhv olsun, qoy məhv olsun
Qəddar, xain qatillər!

R ö v ş ә n--

Dağlar, daşlar, dağdaşlar arasına
Səngərlər çəkmək,
Ordan saldırmaq, qırmaq, yıxmaq,
Qırmaq, yıxmaq, xanları məhv eləmək!

X o r--

Məhv olsun, məhv olsun xanlar!

R ö v ş ә n v ә N i g a r--

Üsyan, üsyan!…
Üsyandan başqa yox çarə,
Üsyandan, başqa yox çarə, çarə!…

H a m ı--

Üsyan, üsyan!…

R ö v ş ә n v ә N i g a r--

Üsyandır son çarə!

R ö v ş ә n--

Mənimlə gedən gəlsin, gedək dağlara.
Qalarsan burda, Nigarım,
Olarsan mənə burda lazım.
Xanın əməllərindən
Məni xəbərdar edərsən,
Səni tezliklə xilas edərəm mən.
Sevgilimsən.
Mənimlə gedən gəlsin, gedək.

X o r--

Qoy rədd olsun, qoy məhv olsun,
Xanlar, bəylər, zalımlar!
Qoy məhv olsun, qoy tərk olsun
Qəddar, xain qatillər!
Qatillər, zalım xainlər!…
Rövşən, gedək!

PƏRDӘ