Məmələrin (Aşıq Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məmələrin (Aşıq Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov (2008). Seçilmiş əsərləri (10 cilddə, III cild) (az). Nurlan. Orijinal mənbədən 2018-09-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-05.

……………………………………
……………………………………
……………………………………
……………………………………
Xәbәr getsin, şah qoruğun talansın,
Xәstә cismim yar başına dolansın.
Düymәlә köksünü, qoy daldalansın,
Qәzәbnakdı, edәr qan mәmәlәrin.

Mәmәn qiymәtlidi, bazara getmәz,
Özünә qәrradı, şaha baş әymәz.
Arası meydandı, baş-başa dәymәz,
Baxır bir-birinә yan mәmәlәrin.

Söylә görüm nә bağçanın barısan,
Almasısan, heyvasısan, narısan.
Tifil Qurbaninin nazlı yarısan,
Qәndinәn yoğrulub bal mәmәlәrin.