Mənim sevdiyim

Vikimənbə saytından
Mənim sevdiyim
Müəllif: Molla Pənah Vaqif

Zulflərin sunbuldur, yanağın lalə,
Baxışı tə’n edir vəhşi qəzalə,
Gözləri məstanə, ağzı piyalə,
Gərdəni minadır mənim sevdiyim.

Boyu yaraşıqlı sərvi xuraman,
Əndamıdır ağ gul, sinəsi meydan
Kələğayı gulgəz, libası əlvan,
Bir guli-rə’nadır mənim sevdiyim.