Neylirəm

Vikimənbə saytından
Neylirəm
Müəllif: Aşıq Sədrəddin
Mənbə: Seyfəddin Qəniyev, 1918-ci il Şamaxı soyqırımı şəhidlərindən iki nəfəri - Əngəxaranlı Aşıq Xəlil və Aşıq Sədrəddin, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.24-30.

  
Adam var salamı yalandan verir,
Belə saxta söz-söhbəti neylirəm?
Mərd gördüm, yolunda başından keçər,
Dildə yalan məhəbbəti neylirəm?

İstərəm insanda bütövlük ola,
Eli saya sala, düşə düz yola.
Məclisdə gəda var - küt, başabəla,
Ürək sıxan bu həyatı neylirəm?

Namərdlikmiş bu fələyin busatı,
Qara gündür Sədrəddinin həyatı.
Çərənçi arvadı, yaltaq övladı,
Bu yazını, bu qisməti neylirəm?