Olur (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olur
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Uca-uca dağlar başı,
Çənli də olur, çənsiz də olur.
Cəhd elə bir işə qatıl,
Sənli də olur, sənsiz də olur.

Ağ üzdə busə tək gərək,
Ərənlər İsatək gərək,
Gözəllər Nisatək gərək,
Telli də olur, telsiz də olur.

Koroğlunun atı gərək,
Dəmir, polad qatı gərək.
Bir igidin zatı gərək,
Pullu da olur, pulsuz da olur.