Salıb mәni qәmi-eşqin bir elә halә, balam
Salıb mәni qәmi-eşqin bir elә halә, balam Müəllif: Məşədi Əbdül Şahin |
Mənbə: Ənvər Çingizoğlu. Məşədi Murad uşağı. "Soy" dərgisi, 10(18) 2008. |
Salıb mәni qәmi-eşqin bir özgә halә, balam,
Göz ilә görmәyәsәn, gәlmәzәm xәyalә, balam!
Şikayәti-şәbi-hicranı birbәbir edәrәm,
Yetişsә bir dә әlim damәni-vüsalә, balam!
Qaşın şәbahәti tiği-Әliyyi-İmrandır,
Üzün Mәhәmmәdә bәnzәr, xalın Bilalә, balam!
Siyahpuş olub gizlәnibdi zülfündә,
Yәqin kәmindә yatıb arizindә xalә, balam!
Tamami-xәlq edәr Kәbeyi-xudayә sücud,
Әgibdi qibleyi-qaşın mәni şimalә, balam!
Yenә xummar gözün ox çәkib kәman tutmuş,
Yәqin veribdir ona lәblәrin piyalә, balam!
Olur günah edәn mәrd davәrә Rәhzәn,
Sәnә mәhaldır üsyan gәlә xәyalә, balam!