Sudan gələn sürməli qız

Vikimənbə saytından
Sudan gələn sürməli qız
Müəllif: Şifahi xalq ədəbiyyatı


Sudan gələn sürməli qız,
Çox incidir kuzə səni,
Elə naz ilə getmədəsən,
Aparırlar bizə səni.
 
Kuzəni əlindən allam,
Əlimi boynuna sallam,
Ay qiz, səni ozum allam,
Ax, di dur, gəl amandir, ölləm,
Sevgilim, yamandir, ölləm.
 
Kuzənə ipək duzərəm,
Eşqinlə çöllər gəzərəm,
Sənsiz mən necə dözərəm,
Ax, di dur, gəl amandır, ölləm,
Sevgilim, yamandır, ölləm.