Tömeyi-nəhar

Vikimənbə saytından
Tömeyi-nəhar
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!
Sus, ay yazıq, fəzadəki üqabi-canşikan gör!

Hinində daldalanma çox, həyətdə də dolanma çox,
Yiyəndəki bıçağe bax, o tiği-abdan gör!

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,
Qazanda qəyqanağə bax, ocaqdakı şəran gör!

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək
Bəyin, xanın, xanm, bəyin əlində ehtikan gör!

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,
Gərəkli gündə onlann qıçındakı fəran gör!

Amandır, uyma vaizin həlavəti-kəlamma,
Əba-qəbanı qovza bax, içində zəhrman gör!

Bu əğniyalərin üzün görüncə ehtiyacdə,
Get, ey fəqiri-binəva, kəfən bürün, məzan gör!

Bu inteliklərin1 sözün gətirmə heç aralığa,
Olan görmək istəsən, şərabı gör, quman gör!

Palitqadır hər işləri, alışlan, verişləri,
Olarda bir əməl fəqət quru, boş iftixan ğör!