Vikimənbə:Günün mətni/sentyabr 17

Vikimənbə saytından

Qarğa və tülkü
Mirzə Ələkbər Sabir

Pendir agzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.

Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.

Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı;

Dedi: ”Əhsən səne, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!

Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.

Nə gözləsən, nə xoşliqasən sən,
Yeri var söyləsəm - hümasən sən.

Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!