Yasaqlar

Vikimənbə saytından
Yasaqlar
Müəllif: Şifahi xalq ədəbiyyatı
  • Axşamlar evi süpürmək olmaz. Süpürəndə də zibili çölə atmaq olmaz. Yalnız zibili evin bir küncünə qoyub səhərisi atmaq lazımdır. Zibil atılsa, evin bərəkəti yoxa çıxar.
  • Axşam naxır gələnnən sora başqa adama həyətdən su verməzdər, yoxsa evin xeyir-bərəkəti qaçar.
  • Gecə vaxdi ağacın altına, suyun başına getməzdər. Yoxsa adam vırmalı, çalmalı olur.
  • Gecə vaxdı axar suya əl basmazdar, çünki su gecələr mələhlərin olur. Onnarı narahat eləsən, sənə zəfər toxuyallar.
  • Gecə vaxdı suyun başına getsən bizdən yeylər vurar səni.
  • Günəş batandan sonra evdən başqasına heç nə vermək olmaz. Yoxsa evin bərəkəti də gedər.
  • Şər qarışanda yatmazlar. Şər qarışanda qismət paylanır, deyirlər.
  • Şər vaxdı qapı ağzında oturmazdar. Çünki bu vaxdı cinnər keçir bırdan, adama şəpələri dəyər.

Mənbə[redaktə]

  • Əsatirlər, əfsanələr və rəvayətlər.