Yox bircə kəs xilas edə bu nardən bizi

Vikimənbə saytından
Yox bircə kəs xilas edə bu nardən bizi
Müəllif: Hüseyn Nadim Naxçıvani
Qəzəl
Mənbə: Hüseyn Nadim Naxçıvani "Divan". Bakı:2011, 713 s., s.22

Yox bircə kəs xilas edə bu nardən bizi,
İmdad edən yoxdı bu biçarə millətə.

İslamdən kənar eləsün bu bəlaləri,
Olsun müin zəmanədə dilparə millətə.

Versün səsimizə səsini, eyləsün mədəd,
Bir çarə eyləsün bu güni qarə millətə.

Gəlsün cəhanə dini‐müsəlmani hifz edən,
Lütf eyləsün bu haldə avarə millətə.

Yetsün bu gündə milləti‐İslam hərayinə,
Hər səmtdən yetüb genə min yarə millətə.

Mən Nadiməm, zəmanədə millət cünuniyəm,
Ağlar gözüm həmişə bu biçarə millətə!