Belqıran gəlir!

Vikimənbə saytından
Belqıran gəlir! (24.11.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Yol ver, qoca dünya, geri dur, qəhrəman gəlir!

Qəddarlara, qansızlara qan udduran gəlir!


Məzlumlara zülm eyləyərək şax gəzirdilər –

Bir bax, ikiqat oldu yağı – BELQIRAN gəlir!


Təsir edərmi göylərə qalxan vızıltılar? –

Aslan kimi sərt nərə çəkib hayqıran gəlir!


Zülmün topunu, gülləsini, hiylə-məkrini

Şir pəncəsilə yer təkinə basdıran gəlir!


Torpaqda nasıl rahat olar torpaq oğrusu?

Udduqları haram tikəni qusduran gəlir!


Qartalsayağı qıy vuraraq, doğma zirvədən

Ulduzlu-aylı bayrağını asdıran gəlir!


Teymur, açıldı dünyada haqqın yolu, budur:

Haqqın dürüst kəsimlərini kəsdirən gəlir!