Bir səbəb var, qoruyub saxlamışam canı əziz
Bir səbəb var, qoruyub saxlamışam canı əziz Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 10 |
Bir səbəb var qoruyub saxlamışam canı əziz,
Ki gərək saxlaya ev sahibi mehmanı əziz.[1]
Ey fələk, rəhmə gəlib Allahın altında nola,
Yar çeşmində[2] qılaydın məni-nalanı əziz.
Bizə meyxanədə Canan ilə saqi bəsdir,
Zahida, sən yeri tut huriyi-qılmanı əziz.
Əql zindanına sal, nəfsi əsir et, könlüm,
Nəfsi xar etmək edib Yusifi-Kənanı əziz.
Bəşəri xəlq edib "əhsən" demiş Allah özünə,
Tutmaz insan özü Allah qədər insanı əziz.[3]
Belə baxsan qara daşlardan hörülmüş Kəbə,
Yar təşrifi qılıb Kəbeyi-zişanı əziz.
Tutsa kim qafi-qənaətdə məkan ənqatək,
Tutmaz o, mur qədər mülki-Süleymanı əziz.
Vüqar, aqil kişilərdən götür ibrət, uca ol,
Tutdu aqil kəsi, el tutmadı nadanı əziz.