Can Şəhid!

Vikimənbə saytından
Can şəhid! (07.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Vurdu özünü şir kimi dəryayi-ləşkərə,

Düşdü toyuq kimi düşmən pərən-pərən!

Al qanı bitdi lalə kimi doğma çöllərə,

Od saçdı sinədən necə gör qəhrəman şəhid,

Öz canını etdi Vətənə ərməğan şəhid!


Qartal kimi gərmiş qanadların baxın necə!

Düşmən civildəyib tozanır sanki bir cücə!

Guya ki, aşıb Çənlibeli gəlmiş indicə,

Meydanda başın top eləyib oynadan şəhid,

Öz canını etdi Vətənə ərməğan şəhid!


Namus dediyin dağları oynatdı, ya mədəd!

El qeyrətimiz qanımı qaynatdı, ya mədəd!

Can qurban etməyin zamanı çatdı, ya mədəd!

Əhd eyləmişdi millət ilə bir zaman şəhid,

Öz canını etdi Vətənə ərməğan şəhid!


Arvad kimi tutmuşdu yeri fitnə-felləri,

Gördükdə bizim ərləri lal oldu dilləri.

Düşmən qanı suvardı bizim təşnə çölləri,

Öz qanı üçün yüzqat alıb çünki qan şəhid,

Öz canını etdi Vətənə ərməğan şəhid!


Qorxuncdu ölüm, ancaq ona zəhmi yoxdu ki!

Yoxdur qaradan fazla boya, vəhmi yoxdu ki!

Namərd yağı ilan dili çıxara, rəhmi yoxdu ki!

Düşmənlərə qəddar, elinə mehriban şəhid,

Öz canını etdi Vətənə ərməğan şəhid!