Hədiqətüs-süəda/Xatimə

Vikimənbə saytından
İkinci fəsil: Həzrəti Hüseyn və Əhli-Beyt şəhadətin bidirir Hədiqətüs-süəda.
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər

Müəllif: Məhəmməd Füzuli
Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 339–374


Hikməti-baliğeyi-rəbbani binayi-mükəvvənat və qüdrəti-kamileyi-müsəvviri-əşkali- mövcudat böylə iqtiza qılmış ki, bünyeyi-vücudi-bəşər məzhəri-cəmi’isifat olub, gah ətvari-sütudələri ə’malizəmimələrinə qalib düşüb, rif’əti-iqtidarləri məlayikədən ə’la ola və gah əf’ali-qəbihələri əxlaqi-həmidələrinə fayiq olub, rütbeyie’tibarların İblisdən ədna qıla. Və bə’zi ərbabi-həqayiq ki, aləmikövnü fəsada insani-kəbir demiş, bu mə’naya mütəzəmmindir ki, surətialəm həmişə mütənəvve’ və mütələvvindir. Gah məsnədi-xilafətdə xüləfayi-ədalətşüar və səlatini-rə’fətdisar istiqrar bulub ərbabi-küfrü tüğyan məqhur olub və gah səriri-əyalətdə müluki-cəfapişə və hükkami-sitəməndişə mütəməkkin olub, əshabi-əqlü imanı məğbunü məxzul qılur. Ol cümlədəndir Yezidin əyyami-istiqlali-hökuməti ki, cəmi’i-əf’ali-zəmiməyə came’ olub, cəhanı darülfəsad etmişdi və Hüseyni-məzlumun zəmani-istilayi-möhnəti ki, təmamiyi-əxlaqi-kəriməyə məzhər vaqe’ olub, aləmi-surətdə müsibətü məlalı kəmala yetmişdi. Bilmək gərək ki, dövri-Adəmdən xatimi-ənbiyayadək cəmi’iə’sarü ənsarda təmamiyi-əfradi-insana vaqe’ olan əsnafi-bəliyyatı cəm’ etsələr, Kərbəla müsibətinin bindən birinə bərabər olmaz. Və e’tiqad etmək gərək ki, sayiribəliyyatın eyni vaqieyi-Kərbəlanun təsəvvürüncə həqiqət əhlinə əsər qılmaz. Şe’r:

Gögdən endikdə bəla bulmazdı mənzil qonmağa,
Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla.
Kərbəladan qeyr yoxdur bir mübarək büq’ə kim,
Ola anın əksəri-əczayi-tərkibi bəla.
Filvaqe’, Kərbəla bir büq’eyi-şərifdir ki, canibi-Həqdən anda rütbəyi-
ehtirami-xanədani-risalət və tə’zimi-dudmani-nübuvvət

kəmala yetmiş və həqiqəti-zülmi-əşqiya və səbri-övliyada olan əsrari-hikmət zühura yetmiş. Zəhi bədbəxtlər ki, anın kibi büq’eyişərifdə mahi-Məhərrəm ki, müqəddəmi-şühuri-mədari-aləmdir və ruzi-cüm’ə ki, sayir əyyamdan ehtiramla müqəddəmdir və vəqti-zöhr ki, zəmani-iqamətasari-Rəsuli-mükərrəmdir hörməti- Rəsulullahı riayət qılmayub övladına sitəm rəva gördülər və həzrəti- Vacibülvücudun səbrin kəndülərinə nüsrət təsəvvür edüb vacibüt-tə’zim olan cəmaəta ihanət yetürdilər. Çün bu mahi-mübarəkdə Əhli-Beytirisalət nəhayətiməlalət bulmuşlar və qayəti-iztirabla mütəfərriqü pərişan olmuşlar, lacərəm tərki-sürur qılub təriqeyi-matəm rəayət edənlərə şərəfi-intisabi-Əhli-Beyti-risalət müqərrərdir və məlalətlərinə şərik olanlara səvablarla şirkət müyəssərdir. Şe’r:

Məhərrəmdir, könül fəryada gəl, ah eylə, əfğan qıl!
Əza dut, başa topraqlar savur, çaki-giriban qıl!
Qılub qət’i-nəzər mahi-Məhərrəm eyşü işrətdən,
Dəmadəm çeşmini məzlumlar yadıyla giryan qıl!
Urub gərduna bərqi-ahi-atəşbardan atəş,
Binasın yax, anı dövri-müxalifdən peşiman qıl!

"Üyunir-Riza"da məzkurdur ki, Əmr Leys hakimi-Xorasan ikən ümərayi-ləşkərindən bin müsəlləh mübarizə malik olan kimsənəyə bir zərrin gürz ən’am edərdi. Bir gün ə’yani-dövlət və ərkani-həşməti ərzi-ləşkər gördükdə yüz igirmi sahiblivayi-zərringürz qələmə gəldi.

Surəti-hal Əmr Leysə ərz olunduqda mərkəbindən düşüb, xakiməzəllətə yüz sürüb zar-zar ağladı. Ərkani-dövlət ol halətə təəccüb edüb ayıtdılar: "Ey məlikikamkar və şəhriyari-alimiqdar, əl-minnətü lillah, mülkin mə’mur, ləşkərin məsrur, düşmənin məqhur, şadü xürrəm olmaq münasib ikən bu pərişanlığa səbəb nədir?". Əmr Leys ayıtdı: "Ey əzizlər, bən bu ləşkəri iste’dadi-təmamla mühəyya gördükdə yadıma vaqieyi-Kərbəla gəldi. Təəssüfüm və təhəyyürüm budur ki, neçün bu ləşkərlə ol gün Hüseyni-məzluma müavinət qılmağa müvəffəq olmadım və Yezidin ləşkərin mütəfərriq edüb iktisabisəadət qılmadım".

Rəvayətdir ki, Əmr Leys dünyadan intiqal etdikdə vaqiədə gördülər: başında taci-mürəssə’ əgnində xəl’əti-giranmayə, altında mərkəbibadrəftar, mülazimətində qilmani-mahrüxsar. Ayıtdılar: "Ey əmir, bu səadət nə ibadət əcridir?" Əmr Leys ayıtdı: "Bu kəramətlər ol niyyət müqabiləsində vaqe’ oldu ki, həngami-ərzi-ləşkər müavinəti-şühəda xüsusunda xatirimə yetirdim". Bu tənbehdən mə’lum oldu ki, arzuyimüavinəti-şühəda məsabeyi-əzadır, bəlkə əzadan əsvəb. Və əsvəb, anlar üçün irtikabi-əzadır. Şe’r:

Əgərçi-həşmətü övladü mülkü mal qamu,
Əziz olur qamuya, zövqi-ruh qalibdür.
Çü can müqəddəm olur cümlədən yaxındır bu
Ki, tərki-can ələmi ə’zəmi-məsayibdür.

Mühəqqəq oldu bu tərtib olan müqəddəmələrdən ki, rütbəyi-şühəda əşrəfi-məratibdir. Nəqldir ki, ruzi-cəza zümreyi-şühədaya cəmi’i-əsnafi-məvahib və cümleyi-ənvai-mətalib kəramət olunduqdan sonra canibi-Həqdən nida gələ ki, ey təriqi-məhəbbətdə nəqdi-can nisar qılanlar və ey bəzmi-bəlada həlahiliməhəbbətimi şəhdi-şəfa bilənlər, dəxi muradınız var isə, bəyan edin, hasil olsun və dəxi məqsudiniz nə isə, əyan edin, icabət bulsun. Firqeyi-şühəda bu cəvaba mülhəm olalar ki: Ya Rəb, səadəti-şəhadət nəticəsin görüb iradətimiz ziyadə olmağın muradımız dünyaya müraciət qılub təkrarla səadətişəhadət bulmaqdır və əgər müyəssər olsa, bu iqbalın idrakinə müdavi olmaqdır. Şe’r:

Şəhidi-xəncəri-bidada ruzi-Həşr feyzi-Həq,
Əyan etdikdə sərfi-nəqdi-can əcrinin asarın,
Kəmali-zövq bundan qeyr qoymaz anda həsrət kim,
Dönüb dünyaya hasil eyləyə ol zövq təkrarın.

Kitabi-"Rəbiül-Əbrar"da Bəxtəri məstur etmiş bir əzizdən, nəql edüb ki, bir gün Həzrəti-Rəsulullah bənim mənzilimdə mübarək əllərin yuyub və məzməzə edüb iste’mal olunan suyu bir mövze’də tökdü. Sabah olduqda ol mövze’də bir dirəxti-barvər peyda olub bir xoş meyvə gətürdi. Bir müddət xəlq ana "Şəcəreyi-mübarəkə" ləqəb qoyub meyvəsindən mütəmətte’ olurlardı. Bir gün gördük meyvəsi tökülüb, bərgləri pəjmürdə olmuş. Təəccüb etdik ki, aya, nə afət vaqe’ oldu ola? Nagah xəbəri-vəfati-Rəsul istima’ olundu. Andan sonra dəxi meyvə verürdi, əmma nihayət qillətdə. Bir gün gördük ki, cəmi’imeyvəsi tökülüb, yerinə tikən bitmiş. Nagah Həzrəti-Murtəza vəfatından xəbər verdilər. Andan sonra dəxi övraqın iste’mal edüb bimarlar şəfa bulurlardı. Bir gün gördük təmamiyi-qüsunü övraqı xüşk olub həman saqi-dirəxt qalmış. Nagah xəbəri-vəfati-İmam Həsən şiya’ buldu. Bir gün gördük ol saqi-dirəxtdən dəxi əsər qalmayıb xakla yeksan olmuş. Nagah vaqieyi- Kərbəladan xəbər yetürdilər. Şe’r:

Hər qafilin ki, çeşmi bu matəmdə tər degil,
Mütləq nihali-ömrü anın barvər degil.
Hər didə kim, degil bu müsibətdə əşkbar,
Məqbuli-təb’i-mərdümi-sahİbnəzər degil.

Rəvayətdir ki, Həzrəti-Hüseyn şəhid olduqda filhal bir kəbutəri-kafurfam həvadan yenüb, pərü balın ol məzlumun qanıyla gülgun edüb, pərvaza gəlüb, həm ol saətdə Mədinə əzmin qılub, rövzeyi-Rəsulullahın ətrafinda cövlan edüb qətrə-qətrə qan pərü balından ol mərqədi-mübarəkə axıdırdı və Əhli-Beyt ol haləti müşahidə qılub heyran qalmışlardı ki, aya, bu nə əlamətdir? Nagah xəbəri-vaqieyi-Kərbəla yetüb mə’lum oldu ki, ol kəbutərin pərü balı nameyi-əhvali-Kərbəla imiş rövzeyi-Rəsulullaha.

"Kənzül-Ğərayib"də məsturdur ki, bir yəhudinin bir cəmilə qızı olub bə’zi bəlalara mübtəla idi. Ol cümlədən biri ol ki, ə’ma idi və yəhudi xarici-şəhrdə anınçün bir bustan mürəttəb edüb mənzil müəyyən etmişdi. Bir gün ol yəhudi qayib olub, ol zəifə qaldıqda Hüseyni-məzlumin qanıyla rəngin olan kəbutər ol bustana güzar edüb, bir şaxsar üzrə qonub fəğan elərdi. Ol zəifə anın sədasına mütəvəccih olub ol şaxsara yetdikdə, baş qaldırub yuxaru təvəccöh qıldıqda kəbutər pərü balından bir qətrə qan dideyi-nabinasina damub bina oldu. Göz açub ol kəbutəri gördükdə pərü balından axdığı qandan sayir ə’zasına dəxi sürüb səhhəti-təmam buldu. Səhihül-mizac və bina seyr edərkən yəhudi şəhrdən gəlüb bustana girdikdə ol bimarını səhhət üzrə görüb, təəccüb edüb səbəb sual etdikdə ol zəifə surəti-halın bəyan etdi. Yəhudi mütəəccüb olub, ol şaxsara mütəvəccih olduqda ol kəbutəri görüb nişatla ayıtdı: "Əyyuhə’t-təyru ma-həqiqətu halikə vəma fibalikə"[1]. Hikməti-İlahidən yəhudiyə səbəbi-İslam olmaq məsləhəti üçün ol heyvan natiq olub göftara gəldi ki: "Ey yəhudi, bu gün bə’zi kəbutərlər ilə aşiyanəmizdən pərvaz edüb seyr edərkən güzarımız Kərbəlaya düşdü. Hüseyni-məzlumu gördük, aludeyi-xakü xun şəhid olmuş. Pərü balımızı anın qanına sürüb, hər birimiz bir canibə təvəccöh qılub, hala bən bu büq’əyə düşüb növhəyə məşğul ikən sənin fərzəndin hazır olub təvəccöh etdikdə əmrazinə şəfa verən pərü balımdan axan qandır və bu gün vühuşü tüyur matəmi-övlad tutub pərişandır". Yəhudi bu hala müttəle’ olduqda hidayəti-İslam bulub səadəti-imana yetdi və səbəb sual edənlərə şərhü bəstlə bəyani-hal edüb çoxları dəxi müsəlman etdi. Şe’r:

Məhrəmi-bargahi-İzzətdən
Nə əcəb gər kəramət etsə zühur.
Qürbi-dərgahi-Həq bulanlardan,
Mö’cüzatü kəramət olmaz dur.

Raviyi-ərbabi-cigərsuzi-Kərbəladan və naqili-asari-qəmənduzi-şühədadan səhhətə yetmiş, rəvayət və şöhrət etmiş hekayət budur ki, Şimri-Zilcövşəni-məl’un ol əmri-qəbihə mübaşirət etdikdən sonra Əhli-Beytin qarəti-əmvalü əsbabinə italeyi-əyaliyi-təsərrüf qılüb mütə’ərriz oldu. İstədi ki, Həzrəti-İmam Zeynəlabidini qətl edə. Bir rəvayətdə Həmid bin Müslim mən’iylə və bir rəvayətdə Ömər Sə’d nəhyiylə məmnu’ olub əmvalü əmtiələrin qarət qıldı. Əbu Hənifə tarixində məsturdur ki, Ömər Sə’d əmri-müharibə itmam bulduqdan sonra Həzrəti-İmamın səri-sahibsəadətin Xəvli bin Yezid Əsbəhiyə təslim edüb Übeydullahi-Ziyada irsal etdi və kəndü bir gün dəxi Kərbəlada qalub, kəndü ləşkərinin məqtulların cəm’ etdirüb, üzərlərinə nəmaz edüb dəfn etdirdi və şühədanun başların alub bədənlərinə iltifat etməyüb səhrada üryan bıraxdı. Və ol başları ləşkərinə təslim etdi ki, hər cəmaət miqdarincə Übeydullahi-Ziyaddan ən’amü ehsana müstəhəqq ola. Igirmi iki ədəd yəhudiyə on dört ədəd Bəni- Təmimə, yeddi ədəd Bəni-Əsədə, beş ədəd Ərdəşirə və on iki ədəd BəniSəqifə verüb hökm etdi ki, hər taifə kəndü səfinə ol başlarla ziynət verüb Kufə şəhrinə girələr və xəvatini-hərəmsərayi-risalət üçün münasib hövdəclər mürəttəb qılub. Və bu ki, derlər, üryan naqələr üzrə alub getmişlər, qələti-məhzdir, zira Əhli- Beyti-risalətə ol ihanət heç vəchlə mümkün olmaz. Və nəqli-səhihdir ki, vaqieyi- Kərbəlada Əhli-Beyt cəmi’i-məkkaridən məsunü məhrus olub, hisnü himayətiismətü iffətdə qalub məstur və məhcub mütəvəccihi-Şam oldular. Şe’r:

Müxəddərati-sərapərdeyi-risalətə bişək,
Kəfaləti-kərəmi-Kirdgar hisni-həsindir.
Nə ehtimali-xələl sitri-iffətinə anın kim,
Hərimi-hörməti-qürbi-Nəbidə pərdənişindir.

Rəvayətdir ki, xəvatini-hərəmsəra əmarilər içrə gedərkən güzarları mə’rəkeyi-qitala düşüb, Zeynəb Hüseyni-məzlumun bədəni-şərifin aludeyi-xakü xun görüb biixtiyar fəryada gəldi ki: "Ya cəddah və Muhəmmədah"[2], bu ol Hüseyn bin Əlidir ki, sinəvü rüxsarı sənin busəgahın idi və bu ol fərzəndi-ərcümənd və cigərguşeyi-səadətməndindir ki, məhbubü məqbuli-dilagahın idi. Başı bədəndən cüda və bədəni libasdan müərra, gör nə məqama yetmişdir və ruzigar ana nə cəfalar etmişdir!

Əlqissə, Xəvli bin Yezid ki, Həzrəti-İmamın səri-sahib-səadətin Kufəyə ilətmək məsləhətinə mə’mur idi, ol gün Kufəyə girmək müyəssər olmayub, mənzili-xarici-şəhrdə olmağın kəndü mənzilinə nüzul etdi və Həzrəti-İmamın səri-mübarəkin bir guşədə pünhan edüb məsnədində aram dutdu.

Rəvayətdir ki, ol bədbəxtin övrəti ənsardan olub qayətdə əhlisəlah və mühibbi-xanədandı və təhəccüd nəmazinə adət etmişdi. Nisfül-leyldə qaideyi-mə’hudu üzrə nəmaza məşğul olduqda gördü ki, mənzili rövşən olmuş. "Səbəbiziya nə ola?" – deyüb mülahizə qıldıqda gördü bir guşədən layih olur. Şö’leyi-atəş təsəvvür edüb təfəhhüs etdikdə gördü ki, guşeyi-hücrə şəqq olub, nurdən bir təxt peyda olub. Üzərində dört xatun enüb, ol şüa zahir olan guşədən bir surət çıxarub, rüxsarın rüxsarına sürüb fəğana başladı ki: "Ey məzlumi-madər və ey məhmumi-madər, inşaallah, ruzi-Qiyamət qaimeyi-ərşdən dəsti-təzəllüm çəkməyəm sənin intiqamını zalımlardan almayınca". Və baqiyi-övrət dəxi ittifaq edüb növhəyə məşğul oldular. Bir zəman növhə etdikdən sonra vida’ edüb gəldikləri məqama müraciət qıldılar. Ol zəifə iztirabla ol guşəyə mütəvəccih olub gördü ki, ziyarət etdikləri surət çehreyi-mübarəki-məzlumiKərbəladır və tə’zimin qıldıqları peykər də sərdəftəri-şühədadır.

Qayəti-təvəhhümdən müztərib olduqda hatifdən nida gəldi ki, "Ey məsturə, sən bu bədbəxt günahına müaxiz olmazsan və bilmiş ol ki, hala bu tə’ziyətinə hasil olanların biri Məryəm binti-Imran, biri Asiyə, biri Xədicə və biri Fatimeyi-Zəhra idi. Ol övrəti-pakizəe’tiqad ol peykəri-mübarəki gərdi-meydandan müşkü gülabla yuyub və gisuyi-mübarəkin şanə qılub, bir pak yerdə qoyub, Xəvliyi-bədbəxti bidar edüb ayıtdı: "Ey bidövlət, bilmədinmi ki, bu fərzəndi-Rəsulullahdır?!. Nişə qətlinə irtikab etdin?". Filhal ol məl’unun mənzilindən çıxdı, dəxi əsəri görünmədi.

Əmma sübhdəm ki, cəlladi-fələk sultani-əncümun səri-bibədənin təbəqi-lacivərdfama vəz’ edüb məhfili-ə’yana gətürdi və nəsimisəhər məcmə’i-xarigülbün içrə şahidi-gül çehrəsindən niqab götürdü, Xəvliyi-bisəadət iltifatü inayətə ümidvar olub, səri-nuraniyi-sahib-səadəti-sultani-Kərbəlayı bir təbəqdə vəz’ edüb ÜbeydullahiZiyadın məclisinə yetirdi. Ol bədbəxt mübtəhicü məsrur olub, ol surəti-cəmalı müqabilində qoyub, cəmali-aləmarasinə təmaşa qılub və hüsni-şəmayilinə mütəhəyyir qalub. Əlində bir qəsəbə olub, ol qəsəbə ilə ləbü dəndani-mübarəkinə işarə edərdi ki, Hüseynin nə xoş ləbü dəndanı var imiş. Ol halətdə Ərqəm ki, səhabeyi-kübardan idi və ol məclisdə hazir idi, fəryada gəlüb ayıtdı: "Qətə’əllahu yədəkə"[3]. Ey bədbəxt, bu nə tərki-ədəbdir? Həqqa ki, kərratla görmüşəm ki, Həzrəti-Rəsulullah bu qəsəbə ilə mütəərriz olduğun ləbü dəndanı mülsəmi-təqbili-ehtiram etdigin!". Hüzzari-məclis anın kəlimatindən mütəəssir olub fəğana başladılar. Übeydullahi-bədbəxt qəzəbnak olub ayıtdı: "Ey Ərqəm, əgər hörməti-kibəri-sinn olmasaydı, sənə siyasət edərdim". Əlqissə, Ərqəmi məclisdən çıxarub buyurdu ki, Həzrətiİmamın başın yenə sayir şühədanun başlarına mülhət edüb cəmiyyətlə şəhrə gətirələr.

Rəvayətdir ki, Ömər Sə’d şühədanın başların alub, bədənlərin buraxub Kərbəladan irtihal etdikdən sonra ol cəvanibdə Arizə nam bir qəryə var idi, əhlinə ol vaqiə mə’lum olub Kərbəlaya gəldilər ki, bir neçə başsız bədənlər yatur, əmma üzərlərində bir növhə olur. Və kimsənə görməyüb fərasətlə bildilər ki, cinnilərdən matəm tutub mərsiyələr oxurlar və bu beyt ol mərsiyələrdəndir. Şe’r:

Nisau’l-cinni yus ’əduni nisau’l-haşimiyyati,
Bənatu’l-Mustəfa Əhməd İmam zaki’z-zati[4].

Və "Şəvahid"də məsturdur ki, sual etdilər Bəni-Təyy qəbiləsinin bir mö’təmidinə ki, şühədayi-Kərbəla üçün cinnilər növhə qıldığın siz istima’ etdinizmi? Ol mö’min ayıtdı: Həqqa ki, hürr və azad ol növhəyi istima’ etdilər və anların mərsiyələrindən beytlər yadlarında tutdular. Ol cümlədəndir bu ki. Şe’r:

Məsəhə’r-rəsulu cəbinəhu qəd faqə bərqam fi’l-hüdud,
Əbəvahi min-ə’la Qureyşin və cədduhu xəyrə’l-cüdud[5].

Əlqissə, əhli-Arizə ol məzlumlərin bədənlərin cəm’ edüb, təchiz edüb, üzərlərinə nəmaz qılub dəfn etdilər. Və Ömər Sə’d Kərbəladan rəvan olub Kufəyə yetdikdə şühəda başların nizələr üzrə tə’biyə qılub və müxəddərati- xanədani-ismət əmarilərin tərtiblə rəvan edüb, ələmlər açdırub, nəqarələr çaldırub şəhrə mütəvəccih oldular. Şe’r:

Amaci-navəki-nəzəri-mərdüm olmağa
Başlar dizildi nizəyə zərrin qəbəq misal.
Təqdirdən zəmanəyə hökm oldu qaliba
Kim, sərbülənd qıl buları, qılma paymal.

Übeydullahi-Ziyad, Ömər Sə’din gəldigindən vaqif olub, bargahi-həşmətinənvai- zibü ziynətlə arayiş qılub bin müsəlləh mübariz tə’yin etdi ki, dərvazələri və məhəllələri zəbt edüb fitnədən ehtiyat edələr və münadi nida yetürdi ki, cəm’i-xəvasü əvam istiqbala çıxalar. Təmamiyi-şəhr bə’zi təhniyə təriqiylə və bə’zi tə’ziyə iste’-dadiylə istiqbal edüb, ol gün bir qovğavü izdiham oldu ki, kəsrəti-xəlidən ləşkəri-Ömər Sə’d sabah dərvazədən girib vəqti-əsr qəsriəmarəyə yetdilər. Rəvayətdir ki, əhli-Kufə məhfəl ətrafında qülüvv qılub, təəssüflər çəküb fəğan edərlərdi. Zeynəb binti-Əli müttəle’ olub, hövdəcdən zəbani-tə’n açub ayıtdı: "Ey Əhli-Kufə, siz peyğamlar və məktublar irsal edüb Hüseyni bu diyara gətirdiniz və siz nəqzi-əhd edüb, Müslimi öldürüb, bizi bu məqama yetirdiniz. Yenə siz təəssüf edüb növhə qılırsuz?! Şe’r:

Ey əhli Kufə, adətiniz məkr imiş müdam,
Ey əhli-Şam, hiylə imiş rəsminiz təmam.
Gəh sə’y edərsiz Ali-Rəsulun qitalinə,
Gəh matəmin tutub ana eylərsiz ehtiram.

Əhli-Kufə arasında bir piri-kühənsal ayıtdı: "Ey xatuni-Qiyamət, bu kəlimatində sadiqsən: "Yəqulunə bi-əlsinətihim maleysə fi qulubihim"[6]. Həqqa ki, bu bədnamlıq Kufə əhlindən Qiyamətədək mərfu’ olmaz".

Zeyd bin Ərqəmdən nəqldir ki, şühəda başların Kufə məhəllələrində gəzdirirkən bən bir qürfədə sakin idim. Bana yetdikdə Həzrəti İmamın səri-mübarəkindən bir səda eşitdim ki, oxurdu: "Əm həsibtə ənnə əshabə’l-kəhfi və’rrənimi kanu min ayatina əcəbən"[7]. Ol kəlimatın səlabətindən ə’zama lərzə düşüb ayıtdım: "Sədəqtə ya ’bnə Rəsulullah"[8].

Nəqldir bir əzizdən dəxi ki, qəsri-əmarədə şühəda başların nizələrdən endirdikdə bən qərib idim. Həzrəti-İmamın səri-mübarəkindən bu ayət tilavətin sərih eşitdim ki: "Və la təhsəbənna’llahə qafilən əmma yə’məluz’z-zalimun"[9]. Rəvayətdir ki, Übeydullah bir növbət dəxi Həzrəti-İmamın sərimübarəkin hüzurinə gətirüb, əlinə alub dizi üzərinə qoyduqda bir qətrə qan axub saqipəli-dindən peykani-abdar kibi güzar etdi və ol məmərrdən peyvəstə məcruh qalub, müddəti-həyatında qabili-əlac olmayub, rayiheyi-məkruhindən əhli-məclis mütəəzzi olmağın cərahətə hər nə qədər nafeyi-müşk bağlardı, faidə qılmazdı. Beyt:

Sanma tökmək əhli-Beytin qanını asan olur.
Ehtiraz et kim, sənə hər qətrə bir peykan olur.

Rəvayətdir ki, ol cərahət zəmani-qətlinədək əlacpəzir olmayub müharibeyi- Muxtarda məqtul olduqda İbrahim bin Malik Əştər olpəlidin cüssəsin ol cərahətdən mə’lum etdi.

Əlqissə, Übeydullahın məclisinə Əhli-Beyt hazır olduqda Zeynəb cümlədən müqəddəm məclisə qədəm dutdu. Übeydullah anın istiğnasından qəzəbnak olub ayıtdı: "Bu kİmdir ki, hənuz əsəri-tüğyan surəti-əhvalında məlhuz olunur?". Dedilər: "Bu, Zeynəbdir, həmşireyi-Hüseyn".

Übeydullah ayıtdı: "Ey xatun, şükrü sipas ol mə’buda ki, sizi xassü amm içində rüsva qılub bütlanınızı zahir etdi və seyqəli-ianətilə mir’ati-mülkümüzdən zəngi-küdurət getdi". Zeynəb ayıtdı: "Kəzəbtə ya əduvə’llah"[10]. Ey kəzzab, sipasi-biqiyas ol Vacibülvücuda ki, bizim xanədanımızı şərəfi-nübüvvətlə müəzzəzü mükərrəm qılub. "Innəma yuridullahu li-yuzhibə ənkumu’r-ricsə əhlə’l-beyti"[11] itşarətiylə səadəti – "Və yutəhhirəkum təthirən"[12] kəramət qıldı və bədxahımızın dideyi-bəsirətlərin ə’ma qılub, "Və ləhum əyminun la-yubsirunə biha və ləhum azanun la-yəsmə’unə biha"[13] badiyəsində heyran edüb daireyi-heyrətə saldı". ÜbeydullahiZiyad ayıtdı: "Ey fərzəndi-Əli İbn Əbi Talib, nə e’tiqadun var bizim qalib və sizin məğlub olduğunuz xüsusunda?". Zeynəb ayıtdı: "Ey zalim, bizə vaqe’ olan əhvaldan cəddimüz xəbər vermişdir, vüquinə müntəzir idik. Əlminnətu lillah ki, cəddimizin sidqi-qövlinə surətiəhvalımız məzhər [vaqe’] olub, dərəceyi-iqbali-"İnnə’llahə mə’ə’ssabirin"[14] müyəssər oldu. Ənqərib sizə dəxi hər kimin sərəncamı nə olduğu mə’lum olacaqdır və hər kim cəzayi-əməlin kargahiədldən bulacaqdır: "Və bəşşiri’l-munafiqinə bi-ənnə ləhum əzabən əlimən"[15].

Übeydullah ayıtdı: "Ey binti Əbu Turab, hala bu bir səadətdir ki, zəmirimiz sizin tüğyanınızdan fariğ oldu və istilayiqürurunuz təskin buldu". Zeynəb ayıtdı: "Ey İbn Mərcanə, qüruriəsbabi-dünyayla sərməst olub bir padişah qəsdin etmişsən ki, cəmi’iəfradi-afəriniş təhti-livayi-İmamətində və rizayi-Xuda və Rəsul şərəfi-itaətində idi". Şe’r:

Hüseyn İbn Əli İbn Talib kim, andandır,
Binayi-şər’ə istehkamü dini-Həqqə iste’la.
Müəzzəm cəddi-valası, nəbiyyi-ümmiyi-Məkki,
Mükərrəm babi-ilqasi Əliyyi-aliyi-ə’la.

Übeydullahi-bədbəxt ol kəlimatdan mütə’əzzi olub qətlinə əmr etdi. Ömər bin Hüreysi-Məxzumi hazır idi, fəryada gəlüb ayıtdı: "Ey zalim, bir qəribin ki, əkabiri məqtul olub, əsağiri-yetim və əsir olmuş ola, əgər hərqəti-qəlb və hərarəti-cigərdən diliranə təkəllüm qıla əcəb olmaz". Şe’r:

Sən nə agəhsən ki, suzi-atəşi-möhnət nədir?
Məsnədi-rahətdə mülkü mal ilə məğrursan.
Dərd əhli halını aləmdə dərd əhli bilür,
Səndə yoxdur dərd, ey bidərd, sən mə’zursan.

Übeydullah Zeynəbdən inhiraf edüb, Əliyyi-Zeynəlabidinə təvəccöh qılub ayıtdı: "Bu kİmdir?" Dedilər: "Əli bin Hüseyn". Dedi: "Əli bin Hüseyn məqtul olduğu istima’ olundu". Dedilər: "О, ƏliiyiƏkbər idi". Həzrəti-İmam Zeynəlabidin mütəhəmmil olmayub ayıtdı: "Vəllahu innə ləhu mutalibən yövmə’l-qiyaməti"[16]. Ey Übeydullah, ol bənim bəradəri-buzurgvarım idi, ol bənim ümidgahım və istizharım idi. Həqqa ki, axirətdən müqəddəm dünyada anın intiqamın alanlar ənqərib peyda olur". Übeydullah qəzəbnak olub buyurdu ki, ol məzlumu qətl edələr. Zeynəb dəsti-mübarək Həzrəti-İmamın damənişərifinə möhkəm edüb bünyadi-növhə qıldı ki: "Ey bədbəxt, əgər hənuz atəşi-tüğyanun seyli-xuni-şühədayi-Əhli-Beyti-Mustəfadan təskin bulmadıysa və hərarəti-isyanın şəhidlər qanın içməkdən sakin olmadıysa, bu məzlum yerinə bəni şəhid et ki, buna mütəərriz olma, zira bundan qeyri xanədani-nübüvvətdə və dudmani-risalyətdə məhrəm qalmamışdır". Həzrəti-İmam Zeynəlabidin əmmeyimöhtərəməsindən inani-təkəllüm alub, meydani-fəsahətə rəxşi-ibarət salub goftara gəldi ki: "Ey İbn Mərcanə, bana qətldən təvəhhüm verürsən.

Bilməzmisən ki, bizə qətlü qital sərmayeyi-feyzi-şəhadətdir və həmişə cəza qılub şəhid olmaq adətdir. Peyvəstə nihali-həyatımız zülali-şəmşiri-abdarla səbzü xürrəmdir və həmvarə riza qəzaya vermək və məsayibə səbr eyləmək bizə müsəlləmdir". Şe’r:

Qətldən xövf verən əhli-Həqə, bilməz kim,
Dam olur əhli-Həqə daireyi-qeydi-həyat.
Dəhr bir mənzili-möhnətdirü qəm, ey qafil,
Və’deyi-qətldədir müjdeyi-tövfiqi-nəcat.

Übeydullahi-Ziyad gördü ki, məsduqeyi-"Və ma-yəntiqu əni’l-həva"[17] vaqe’ olan qövmlə münazirə faidə qılmaz və mütəəllimiməktəbi-"Və əlləm-hu şədidü’l-quva"ya[18] mübahisədə qalib olmaq olmaz, naçar sakit olub mülazimlərinə əmr etdi ki, ol məzlumlara qəsrdən dışra came’i-Kufəyə [qərib] bir mənzil tə’yin edüb əhli-şəhri ixtilatlarından mən’ edələr. Bir neçə gündən sonra təhiyyeyi-əsbabisəfər edüb Zübeyr bin Qeys və Həsin bin Müğeyrə və ŞimriZilhövşənə beş bin müsəlləh namərd qoşub Əhli-Beyti şühəda başlarıyla canibi-Şama rəvan etdi.

Rəvayətdir ki, mənazilü mərahil qət’ edüb gedərkən hər mənzildə ənvaikəramat zahir olurdu. Ol cümlədəndir bu ki, çün Hərrana yetdilər, Yəhya nam bir yəhudi sayir xəlqlə ol başlara təmaşa üçün istiqbal etdikdə və Həzrəti-Hüseynin səri-mübarikinə qərib olduqda ləbi-mübarəkin mütəhərrik görüb diqqətlə təəmmül qıldıqda bu ayət tilavəti səm’inə yetdi ki: "Və səya’ləmu’l-ləzinə zələmu əyyə munqəlibin yənqəlibun"[19]. Yəhya mütəhəyyir olub sual etdi ki, bu kimin başıdır? Ayıtdılar: "Hüseyn bin Əlinin başıdır ki, cəddi Mustəfadır və validəsi Fatimeyi-Zəhradır". Yəhyaya ol kəramət əsər qılub filhal imana gəldi. Mənzilinə dönüb xəvatini-hərəmsərayi-nübüvvət üçün və İmam Zeynəlabidin üçün əlbisədən və ət’imədən bə’zi münasib hədiyyələr mürəttəb edüb, bin dirhəm nəzr qılub gətürdikdə müvəkkil olanlar təərrüz etdilər ki, ə’dayi-padşaha məhəbbət mövcibi-fəsaddır və qətlinə qəsd eylədilər. Yəhya dəxi vəhm etməyüb, bə’zi mülazimlərlə anlara müqabil durub, həsbülməqdur müqatilə edüb şəhid oldu. Rəhmətullahi əleyh. Və hala qəbri Hərranda olub Yəhyayi-şəhid deməklə mə’ruf bir məzardır. Şe’r:

Kəraməti-nəsəbi-Mustəfa degil məxfi,
Nə bak ana həsəd əhli əgər nəzər qılmaz.
Nə tirədir dili-əhli-həsəd ki, mö’cüzi-Al
Yəhuda eylər əsər, anlara əsər qılmaz.

Cümleyi-kəramətdən biri dəxi oldur ki, Mosul diyarına yetdikdə Şimri- Zilçövşən e’lam etdi ki, əmiri-Mosul şəhrə ayin bağlayub əhlişəhrlə istiqbala çıxalar. İmadüddövlə ki, əmiri-Mosuldu, əhli-şəhri cəm’ edüb ol əmrə iqdam etməyüb cavab göndərdi ki, bu şəhrdə təvayifi-müxtəlifə çoxdur, fəsad ehtimalı var. Səlah oldur ki, dışrada qonub nüzul [edələr və sayir ləvazim] xidmətlərinizə irsal oluna. Şimri-məl’un dəxi qayəti-vəhmdən bu səlahı qəbul edüb, şəhrə girməyüb dışrada nüzul edüb, Həzrəti-İmamın səri-mübarəkin bir daş üzərinə qoymuşlardı. Bir qətrə qan damub ol səhrayi-mübarəki mə’dəni-yaquti-kəramət qıldı. Müqərrər oldu ki, hər mahi-Məhərrəm ol qan cuşa gəlüb mücəddəd ola və xəvasü əvami-şəhr ətrafında cəm’ olub əzaya məşğul olalar, ta Əbdülməlik məsnədi-hökumətdə vali olduqda həsəddən ol daşı götürüb andan əsər qalmadı, əmma yerinə "Məşhədi-Nöqtə" deyüb hənuz ziyarət edərlər. Şe’r:

Girdin, ey əhli-sitəm bir qana kim, hər qətrəsi,
Daşa damsa ta əbəd daşdan çıxar yaquti-tər.
Könlünü daşdan betər dersəm rəvadır, nişə kim,
Daşa tə’sir eylər ol qan, könlünə qılmaz əsər.

Və cümleyi-kəramatdan biri dəxi oldur ki, Nüsəybin hüdudına yetdikdə Mənsur bin İlyas şəhrə ayin bağladub, istiqbala çıxub anları şəhrə gətürdikdə bir bərqi-aləmsuz zahir olub şəhrin əksərin yaxdı və ləşkəri-Şimri-məl’una iztirabü iztirar bıraxdı. Şe’r:

Düşməni-qafil sanur kim, xuni-ali-Mustəfa,
Baği-iqbalinə gülbərgi-bəharəfruzdur.
Ehtiraz etməz, həzər qılmaz, məgər vaqif degil
Kim, anın hər qətrəsi bir bərqi-aləmsuzdur.

Və cümleyi-kəramətdən biri dəxi oldur ki, Nüsəybindən ixtirarla çıxub bir qəl’əyə yetdilər ki, hakiminə Süleyman bin Yusuf derlərdi. Və anın iki qarındaşı olub, biri müharibeyi-Siffində Əliyyi-Murtəza əlində məqtul olub, biri anınla şəriki-əyalət idi. Və şəhrin iki dərvazəsi olub, hər biri birinin hökmündə idi. Şimrin vüsulindən vaqif olduqda şərhə əyin bağladub, təfaxür üçün hər biri ol başları kəndüyə mütəəlliq olan dərvazədən gətürmək üçün niza’ edüb, aralarında fitnə vaqe’ olub, [Suleyman məqtul oldu]. Və ləşkəri-Şimr dəxi sərasimə olub, anda təmkin bulmayub Hələb diyarına təvəccöh etdilər. Həvaliyi-Hələbdə bir mə’mur büq’əyə yetdilər ki, anda hərirdən qeyr nəsnə iste’mal olunmazdı. Qürbündə qonub aram dutduqda Şəhrbanunun Şirin nam bir cariyeyi-cəmiləsi vardı ki, lətafəti-hüsnlə yeganeyi-ruzigardı. Şəhrbanu xidmətinə gəlüb giryə ağaz etdi. Və səbəb bu idi ki, Şəhrbanu Mədinəyə gəlüb Həzrəti-Hüseyn söhbətinə müşərrəf olduqda yüz cariyəsi olub, zəmani-zifaf əlli cariyəni azad edüb, əlli cariyə qalmışdı və Həzrəti-Zeynəlabidin mütəvəllid olduqda qırx cariyə dəxi azad olub on cariyə xidmətində qalmışdı və Şirin ol cümlədən idi. Rəvayətdir ki, bir gün Həzrəti-İmamın nəzəri-şərifinə mətbu görünüb mütayibə təriqiylə Şəhrbanuya ayıtdı: "Ey şəhzadə, Şirin bu gün qayətdə ziba görünür". Şe’r:

Düşdü guya surəti-Şirinə hüsnündən füruğ
Kim, könül Fərhadvəş buldu liqasindən sürur.
Pərtövi-xurşidi-aləmtabdandır müttəsil,
Lə’lə rəngü laleyi-siraba tabü maha nur.

Şəhrbanu təsəvvür etdi ki, Həzrəti-İmamın ana rəğbəti var, ixlasla ayıtdı: "Ey şəhzadə, bu cariyəyi sənə hədiyyə qıldum". Həzrəti-İmam ayıtdı: "Bən dəxi azad etdim". Şirin azad olduqda Şəhrbanu ana bir xəl’əti-faxir geydirdi ki, xəzaneyiabavü əcdaddan ana irslə yetmişdi. Həzrəti-İmam ayıtdı: "Ey şəhzadə, nə vaqe’ oldu ki, Şirin hüsniiltifatınla sayir cariyələrdən mümtaz oldu?". Şəhrbanu ayıtdı: "Ey şəhzadə, sayir cariyələr bənim azadımdı, Şirin sənin azadındır". Həzrətiİmam ana dua qıldı. Və hala Şirin Şəhrbanunun kisvətin pirayələrdən müərra görüb, ədna əlbisə ilə mülahizə qılmağın mütəhəmmil olmayub təzərrö’ etdi ki, ey məxdumə, bana rüxsət ver ki, bu qəl’əyə girüb, bə’zi pirayələrim verüb, ola ki, bir münasib məlbusi-hərir alub xidmətinə müşərrəf olam. Şəhrbanu ayıtdı: "Ey Şirin, sən azadsan. Sənə kim mane’ olur?". Şirin icazət alub ol qəl’əyə mütəvəccih olduqda dərvazəyi bağlu görüb, bir guşədə mütəməkkin olub, açılmasına müntəzir ikən Əziz bin Harun ki, kutvali-qəl’ə idi, bürcü baru üzərində seyr edərkən görüb avaz yetirdi ki: "Əyyuhə’r-rəcul?"[20] [Şirin ayıtdı:] "Bir qəribəm, hacətim var. Nola əgər lütf edüb qəl’ə qapusın açasan?". Əziz ayıtdı: "Ey xatun, sən Şirin degilmisən?". Şirin təəccüb edüb ayıtdı: "Bəli, bən Şirinəm". Əziz dərvazəyi açub, Şirini qəl’əyə alub, ana səlam verdikdə Şirin cəvabi-səlam alub ayıtdı: "Ey Əziz, nə bildin ki, bən Şirinəm".

Əziz ayıtdı: "Bu gecə həzrəti-Musayı Harunla vaqiəmdə gördüm. Nasiyələrində əsəri-tə’ziyət və çehrələrində nişani-müsibət. Giribanları çak və didələri nəmnak. Təzərrö’lə ayıtdım: "Ey əizzeyi-Bəni-İsrail, nə vaqe’ oldu ki, surəti-halınuz mütəğəyyir mülahizə olunur?". Dedilər: "Ey Əziz, bu gün cəm’i-əşya əzaya məşğuldur, zira nəqdi-Xatimül-Mürsəlin şəhid olmuşdur və ol məzlumun səri-mübarəkin bədəni-lətifindən cüda qılub hala bu məqama gətirmişlər. Ey Əziz, əgər səadəti-baqi muradın isə Həbibullaha iman gətirüb, Həzrəti Hüseynin səri-mübarəkin ziyarət edüb bizim səlamımızı yetür". Kəlamati-şirinlərin kəmali- e’tiqadla istima’ etdikdən sonra ayıtdım: "Ey qüdəmayi-Bəni-İsrail, təzayüdi- e’tiqad üçün bir sərriştə muradımdır". Dedilər: "Ey Əziz, hala bu qəl’ə qapusında Əhli-Beytdən bir cariyə Şirin nam gəlüb müntəzirdir. Və ol cariyə divaniqəzadan sənin təzvicinə müqəddər olubdur. Ana istiqbal edüb, həqiqəti-hal andan mə’lum edüb, anınla xidmətlərinə müşərrəf olasan". Şirin ol kəlimatdan xoşhal olub ayıtdı: "Ey Əziz, hər nə dedin, əyni-səvab və məhzi-məsləhətdir. Əmma bənim əqdim Şəhrbanu icazətinə mövqufdur". Pəs, Şirin həm ol saət müraciət qılub Şəhrbanuya əhval ərz etdikdə cəmi’i-Əhli-Beyt vaqif olub, mübahatlar qılub şükr etdilər. Əmma sübhdəm ki, Musayi-xurşidi-aləmtab əsayi-şüa’lə dəryayi-nilguna güzar etdi və şə’şəeyi-yədi-beyzayi-sübhi-sadiq Turi-kuhsarı sərasər tutdu, Əziz bin Harun qəl’ədən yenüb müstəhfizlərə bin dirəm rüşvət verüb, xidməti-Əhli-Beytə icazət alub, bin altun Həzrəti-İmam Zeynəlabidinə nəzr təriqiylə mühəyya qılub və xəvatini-hərəmsərayi-risalətin hər birinə bir münasib töhfələr mürəttəb [edüb] xidmətlərinə müşərrəf oldu və iman gətürdi. Və Həzrəti-Hüseynin səri-mübarəkin ziyarət edüb Musa və Harun səlamın yetürdikdə Həzrəti-İmamın səri-sahibsəadətindən bir avaz gəldi ki, "Səlamu’llahi əla nəbiyyina və əleyhim"[21]. Əziz ayıtdı: "Ya İmam, bana təriqi-hidayət irşad et". Səda gəldi ki: "Ey Əziz, çün müsəlman oldun, hidayət buldun. Və çün Əhli- Beytimə hörmət qıldın və ənbiya səlamın yetürdin, silsileyi-intisabimizə daxil oldun". Əziz dua qılub müraciət qıldıqda Şəhrbanu Şirinə ayıtdı: "Əgər rizayi-şərifimizi istərsən, Əzizi qəbut et". Şirin Şəhrbanu icazətiylə Əzizi qəbul edüb anınla rəvan oldu. Şe’r:

Səadət nişanı budur kim, yəhud
Olur əhli-din, əhli-tüğyan ikən.
Şəqavət dəlili budur kim, şəqi
Qılır tərki-din, əhli-iman ikən.

Həzrəti-İmam, İsmail Əbul-Hünuqdan rəvayət edər ki, şühəda başların əlli mübariz hər gecə mühafizət edərlərdi. Bən ki, ƏbulHünuqam, bir gecə anlarınla həmrah olub, anlar yuxuya varub, bən bidar qaldım. Gördüm ki, bin gəndümgun kimsənə libasi-kafurfamla giryangiryan Həzrəti-Hüseynin başı olan sənduqa müqarin olub, ol sərimübarəki sənduqdan çıxarub, yüzün yüzünə sürüb fəğana başladı. Bən öylə təsəvvür etdim ki, sayir xəlqdəndir. Təhəvvürlə mütəvəccih oldum ki, ol başı əlindən alub yenə sənduqa buraxam. Nagah bir səda gəldi ki: "Ey biədəb, bu, Adəmi-Səfidir, cigərguşeyi-Mustəfa matəmin dutar". Bən ğərqeyi-dəryayi-təhəyyür olmuş ikən bir səda dəxi gəldi. Bir mö’təbər kimsənə dəxi peyda oldu. Dedilər: "Nuh Nəbidir". Və mütəaqib İbrahim və İsmail və İshaq və sayir ənbiya hazır olub, bir-bir başı ziyarət qıldılar. Cümləsindən sonra sədəmati-naləvü əfğanla gisuləri pərişan və didələri giryan Həzrəti-Rəsulullah, cəmaəti-səhabeyikübar və Heydəri-Kərrar, İmam Həsən və Həmzə və Cə’fəri- Təyyarla gəlüb hazır olduqda mülahizə qıldım, asimandan bir kürsiyi-nurani nazil olub, Həzrəti-Rəsul ol kürsi üzərinə qərar dutub, sayir ənbiya ətrafinda mütəməkkin olub əzaya iştiğal etdilər. Ol hala müqarin gögdən firiştə yendi. Bir əlində tiği-bürran və bir əlində əmudi-atəşinkəran. Sənduq müstəhfizlərinə həmlə qıldıqda bən qayəti-vəhmdən fəryada gəlüb ayıtdım: "Ya Rəsulullah, bən ikrahla bunlara rəfaqət qılmışam, haşa ki, düşməni-xanədani-Rəsul olam. Həzrəti Rəsul bəni mən’ilə xilas etdi, əmma rüxsarimə bir təpançə urdu ki, anın əsərindən tərəfi-rüxsarım siyah oldu. Sabah olduqda ol rəfiqlərimdən [bir] əsər görmədim, bir neçə xirməni-xakistərdən qeyri. Bu xəbər Şimri-Zilcövşənə yetüb, bəndən ki, Əbul-Hünuqam, həqiqət sual etdikdə müşahidə qıldığum əhvalı təmam şərh etdim. Ləşkəri-müxalif ol halı mə’lum edüb əvaqibiümurlərinə ittila’ buldular, əmma nə çarə? Şe’r:

Hər əməl bir cəzaya qabildir,
Ey xoş ol ki, səvaba mayildir.
Netə kim, gül olur tikəndən yeg,
Gül tikəndir, tikən tikəndən yeg.

Əbu Səid Diməşqidən nəqldir ki, demiş: "Bən ol cəmaətlə Şam yolunda rəfiq idim. Həvaliyi-Diməşqə yetdikdə bu xəbər şaye’ oldu ki, Müseyib Qə’qayi- Xüzai bir ləşkər mürəttəb edüb, şəbixun urub başları almaq tədarükündədir. Rüəsayi-ləşkər müztərib olub ol səhrada bir deyr gördülər. Mütəhəssin olmaq üçün ol deyrə mütəvəccih oldular. Rahibi-deyr ayıtdı: "Ey qövm, siz nə tayifəsiz və bu başlar kimlərindir və bu deyrə gəlməkdən muradınuz nədir?". Ayıtdılar: "Biz əskəri-Yezidiz və bu cəmaət xürüc etmişlərdi, siyasətə yetirdik. Və hala istima’ olundu ki, cəmi’i-müxaliflər qəsdi-şəbixun etmişlər, bu deyrə mütəhəssin olmaq istərüz". Rahib ayıtdı: "Bu deyrdə izdihami-əskər vüs’əti yoxdur. Münasib budur ki, əsirləri və başları hisara salub, ləşkər dışrada dura". Şimrilə’in bu səlaha razı olub, başları bir sənduqa qoyub, möhr edüb, deyr içində bir müstəhkəm səraya salub qapusuna qüfl urdurdu və Həzrəti-İmam Zeynəlabidin və baqiyi-Əhli-Beyt üçün dəxi ol deyrdə bir münasib mənzil tə’yin etdirüb, ol canibdən təsəlli olub ləşkərlə dışrada aram dutdu.

Şəbhəngam ki, deyri-binayi-fələk müddə’i-möhreyi-mehrirəxşan olub sipahizəlami- qirfam misali-ləşkəri Şam ətrafi-fələkdə qərar dutdu və rahibi-hinduyizəngirəngi- şəbsənduqi-zərrini-afitabı deyri-sipehri-minada nihan etdi, nisfileyldə rahib bidar olub gördü ki, sənduq olan sərayın rövzənlərindən nur lame’ olur. Mütəhəyyir olub bir rövzənədən nəzər qıldıqda gördü ki, səqfi-səray şəqq olub, şikafından bir əmari çıxub ol əmaridən bir neçə xatun ki, tarimi’cərlərindən mədudi-şüai-xurşid kibi ənvari-iffətü ismət füruzandı və pərtövi-ənvaritəl’ətlərində sayəvar zülməti-fəsadü fitnə gürizandı. Anlara mütəaqib bir xatun dəxi bə’zi mütəhhəratla zahir oldu ki, ləm’eyi-nuri-səlahindən müqəddəm gələnlər pərdeyiixtifaya girdilər. Rahib mütəğəyyir ikən nida gəldi ki: "Ey biədəb, nəzzarə qılma ki, bunlar müxəddərati-pərdeyi-iffətdirlər. Bunlar xəvatini-səra-pərdeyi- ismətdilər. Müqəddəm gələnlərin biri Sarəzövceyi-Xəlil, biri Hacərdir, valideyi-İsmail. Biri Xədiceyi-Kübradır, zövceyi-Həbibi-Məliki-Cəlil, biri Asiyədir, zövceyi-Fir’ovni-əlil və bunlardan sonra gələn Fatimeyi-Zəhradır". Əgərçi rahib nəzər qılmazdı, əmma istima’ edərdi ki, derdi: "Əssəlamu əleykə əyyuhə’l-məzlum, əssəlamu əleykə əyyuhə’l-məhmum, əssəlamu əleykə əyyuhə’l-məğmum"[22]. Və sayir xəvatin ana mürafəqət qılub növhə qılırlardı. Bir zəman əza tutub qayib oldular. Rahib bu haldan mütəəssir olub, biixtiyar çirağ yaxub, ol sarayın qüflün sındırub, Həzrəti-İmamın başın sənduqdan çıxarub, müşkü gülabla yuyub, bir təbəq üzərinə qoyub bünyadi-təzərrö’ etdi ki: "Ey sərvəri-aləm, İmdi bildim ki, sən ol tayifədənsən ki, peyğəmbərlərimiz qüdumişərifindən və’də verüb mütabiətin bizə lazım etmiş. Filhal irşadi-yəhud məsləhəti üçün Həzrəti-İmamın ləbi-mübarəki mütəhərrik olub, göftara gəlüb ayıtdı: "Ey rahib, "Əna məzlumun, əna məhmumun, əna məqtulun, əna qəribun, ənəbnə’l-Mustəfa, ənəbnə’l-Murtəza"[23]. Şe’r:

Mən ruhi-rəvani-Mustəfayam,
Bən rahəti-cani-Murtəzayam.
Məzlumü qəribü zarü heyran,
Məqtulü şəhidi-Kərbəlayam.

Rahib bu kəraməti görüb, övladü ətbain hazır edüb, əhvala müttəle’ qılub, yetmiş nəfər nəsrani ittifaqla Həzrəti-İmam Zeynəlabidin hüzurinə gəlüb həm ol gecə müsəlman oldular və icazət istədilər ki, çıxub ləşkərə şəbixun edələr. Həzrəti-İmam rüxsət vermədi ki, anlarun zəvalinə və’də irməmişdir. Sabah olduqda ləşkəri-Şimr anları çıxarub, ahəngi-rah edüb, Əsqəlan nam şəhrə yetdilər. Yə’qub Əsqəlani hərbi-Kərbəlada daxili-əskər idi. Filhal şəhrə ayin bağladub, xəlqin istiqbala çıxarub, məcalisi-xəmrü ləhv mürəttəb qıldırub, Şimri ləşkəriylə alub gəlirkən Bəriri-Xüzai ticarət təriqiylə anda idi. Bu əhvala müttəle’ olduqda istiqbala çıxub seyr edərkən Şimrə müqabil oldu. Gördü ki, mübahat edüb gəlür. Bərir ayıtdı: "Ey bədbəxt, bu kimin başıdır ki, məhçeyi-ələm etmişsən?" Şimri-lə’in andan müxalifət fəhm edüb mülazimlərinə hökm etdi, ol məzlumu məcruh edüb bıraxdılar.

Rəvayətdir ki, ləşkər getdikdən sonra Bərir durub hər tərəf tərəddüd edərkən bir cəmaətə yoluxdu ki, fəryadü fəğan edərlər.

Ayıtdı: "Ey qövm, bu gün bu şəhrin xəlqi şadü xürrəm ikən nə əcəbdir ki, siz məhzunsuz?". Dedilər: "Biz mühibbi-xanədani-Rəsuluz, Hüseyn üçün matəmdəyüz". Bərir ayıtdı: "Ey qövm, əgər qövlünüzdə sadiqsiz, gəlin canımızı fədayi-Əhli-Beyt edəlim". Ol cəmaət ittifaq edüb, yüz on nəfər mücahid cüm’ə günü xüruc edüb, xətibi öldürüb izhari-məhəbbəti-Əhli-Beyt qıldılar və hekayətləri əksəri-təvarixdə məsturdur.

Əlqissə, ləşkəri-Yezid mənazilü mərahil qət’ edüb və hər mənzildə bir kəramət və hər mərhələdə bir işarət görüb şəhri-Diməşqə qərib olduqda və xəbəri-vüsulları xassü ammə şüyu bulduqda Yezidi-pəlid vaqif olub, məsnədi-hökumətinə ənvai-təkəllüfatla zibü ziynət verüb və məclisi-eyşü işrət mürəttəb qılub, cəmi’i-ərkani-həşmət və ə’yani-hökuməti əlbiseyi-faxir və əsbabi-mülukanə ilə müzəyyən olub bargahinə cəm’ oldular və təmamiyi-xəlqi-şəhr tərki-müamilət edüb nişatü sürurla təmaşa üçün istiqbala təvəccöh qıldılar.

"Kənzül-Ğəraib"də Əbul-Əbbas, Səhli-Saididən nəql etmiş ki, bən təriqi-ticarətlə ol zəmanda Şamda idim. Gördüm ki, bir gün kusibəşarət urulub, xəlqişəhr nişata məşğul oldular. Güman etdim ki, məgər eydləridir. Birisindən sual etdim ki, aya, səbəbi-nişat nədir? Dedi: "Ey şeyx, bu gün Yezid müxaliflərinün başları gəlir, nişat anınçündür". Dedim: "Ey əziz, nə dərvazədən gətürirlər?". Dedi: "Dərvazeyi-səadətdən". Rəvan oldum, kəndümi ol qovğada Əhli-Beytə yetürdim və ol başları gördükdə ixtiyarsız fəryada gəldim. Fəryadımı eşitdikdə hövdəcdən bir avaz eşitdim ki, bana dedi: "Ey pir, səbəb nədir ki, cəmi’i-xəlq xəndan olan əyyamda sən giryansan?". Dedim: "Ey əfifə, sən kim olursan?". Dedi: "Bən Səkinə binti Hüseynəm". Dedim ki, ey gövhəri-xəzaneyi-ismət, bən SəhliSaidəm, səhabeyi-Rəsulullahdan və bu diyara qərib vaqe’ olmuşam. Dedi: "Ey Səhl, sən mühibbi-Əhli-Beytsən, bir tədbir et ki, bu nizədarlar ki, şühəda başlarun tutmuşlar, bizdən bir miqdar mübaidət qılalar. Ola ki, xəlqin hücumu başlar tamaşasına olub, hövdəcimütəhhərati-Əhli-Beyt nəzəri-naməhrəmdən məhfuz ola". Bu xidməti eyni-səadət bilüb, nizədarların sərdarına bin altun qəbul etdirdim ki, bir miqdar ol başları xəvatini-Hərəm əmarilərindən müqəddəm yürüdələr.

Rəvayətdir ki, ləşkəri-Kufə şühəda başların məş’əli-pürnur kibi nizələr üzrə tərtib edüb və müxəddərati-Əhli-Beyt əmarilərin qönçeyi-gülbün kibi naqələr üzrə mürəttəb qılub, bir-birinə mütəaqib rəvan edüb və baqiyi-ləşkər əqəblərincə səf çəküb ələmlər və bayraqlar cövlana gətirüb, sədayi-nəfir, naleyi-kus və qülqüleyi-nay asimana yetürdilər. Sübhdəm ki, cəlladi-fələk möhreyi-xurşididirəxşanı səri-bitən kibi nizeyi-məddi-şüa üzrə təmaşagahi-əhlialəm qıldı və rimahi-səbzeyi-növxiz üzrə üqudi-şəbnəm rüusişühəda kibi cilvəgər oldu, şəhrə girib izdihami-əvamdan vəqti-əsr qəsri-əmmarəyə füpsəti-vüsul buldular. Dərvazeyi-qəsrə yetdikdə başları nizələrdən endirüb və müxəddərati-Əhli-Beyti hövdəclərdən çıxarub Yezidin bargahinə mütəvəccih oldular. Əmma ŞimriZilcövşən hiylə edüb Həzrəti-İmamın səribasəadətin Bəşir bin Malik əlinə verdi ki, əgər bu xidmət məqbul olmazsa, kəndü ihanət çəkməyə. Bəşiri-bədbəxt ol səri-pürsəadəti Yezidin məclisinə gətürdikdə mübahatla bir rəcəz ağaz etdi. Şe’r:

Əmlə’u rikabi fizzətən və zəhəbən,
İnni qətəltu’l-məlikə’l-mühəzzabə.
Qətəltu xəyrə’n-nasi ummən və əbə,
Və əşrəfə’l-aləmi cəm’ən həsəbən[24].

Yezid bu kəlimatdan infial bulub mütəğəyyir oldu, dedi: "Ey bədbəxt, çün bildin ki, İmam Hüseyn bu sifatla mövsufdur, nişə qətl etdin?". Filhal buyurdu ki, dəf’i-məzənnə üçün anı qətl etdilər. Pəs, Yezid ümərayi-Kufəyə mütəvəccih olub surəti-vaqiəyi sual etdikdə Züheyr bin Qeys ağazi-təkəllüm qılub ayıtdı: "Bu şəxs bə’zi əqvamıyla Kərbəlaya gəldikdə bey’ət ərz etdik, qəbul etmədi. Qətl edüb, başların gətürdik". Yezid bir zəman mütəfəkkir olub buyurdu ki, "Həzrəti-İmamın səri-mübarəkin bir təbəqdə qoyub hüzurinə gətürdilər". İttifaqən ol bidövlətin dəxi Übeydullahi-Ziyad kibi əlində bir qəsəbə vardı, anınla mübarək ləbü dəndanına işarət etdikdə ƏbulMüəyyədi-Xarəzmidən nəqldir ki, Təmir bin Cündəb ol məclisdə idi. Mütəhəmmil olmayub ayıtdı: "Qətə’əllahu yədəkə"[25]. Ey biədəb, bu mülaəbə qıldığun ləbü dəhən mülsəmi-Həzrəti-Rəsulullahdır". Yezid qəzəbnak olub ayıtdı: "Ey Təmir, hörməti-söhbəti-Rəsul olmasaydı, sənə siyasət edərdim". Təmir ayıtdı: "Ey bədbəxt, söhbəti-Rəsulullahın hörməti olub, övladının hörməti olmamaq nə munasibdir?". Hüzzari-məclis bu kəlimatdan mütəəssir olub, Yezid fitnədən təvəhhüm edüb, Təmiri məclisdən ixrac etdürüb qeyr kəlimata məşğul oldu. Əbul-Məfaxirdən nəqldir ki, bir yəhudi ticarət təriqiylə Şama gəlüb İttifaqən ol gün məclisdə hazır idi. Sual etdi ki, bu nə başlardır? Yezid ayıtdı: "Bu bir kimsənədir ki, bana xüruc etmişdi?". Yəhudi ayıtdı: "Bu şəxs kəndüsində bir ləyaqət mülahizə qılmasaydı, xürüc etməzdi". Yezid ayıtdı: "Bəli, Hüseyn bin Əlidir, nəbireyi-Həzrəti-Nəbidir". Yəhudi fəryada gəlüb ayıtdı: "Ey Yezid, bənimlə Davud arasında yetmiş qərn təcavüz edübdür, hənuz bana yəhudilər tə’zim edərlər. Məhəmmədi-Qüreyşi dün fövt oldu, bu gün övladına qəsd edərsiz?! Bu nə dindir?!". Yezid qəhr edüb ayıtdı: "Ey yəhudi, əgər Həzrəti- Rəsuldan azari-əhli-zimmə məmnu’ olmasaydı, səni qətl edərdim". Yəhud ayıtdı: "Ey əhməq, bir yəhud üçün müxasimə qılan Vacibülvücud Rəsulu üçün xəsm olmazmı?". Yəzid qəzəbnak olub qətlinə əmr etdi. Yəhudi filhal Hüseynin səri-mübarəkin müxatəb qılub ayıtdı: "Ya Əba Əbdullah, şəhadət verəsən ki, sidqipakla müsəlman oldum". Yezid ayıtdı: "Ey yəhudi, xövfi-qətldir səni müsəlman edən, İslamına nə e’tibar?". Yəhudi ayıtdı: "Ey Yezid, müsəlmanların İmamın qətl etdin. Əgər bir növmüsəlman qətl etsən nə lazım gəlir? Bən dəxi bu səadətə talibəm ki, daxili-firqeyi-şühədayi-Kərbəla olam". Filhal ol növmüsəlmanı şəhid etdilər. Rəhmətullahi əleyh. Kitabi-"Rəbiül-Əxbar"da məsturdur ki, Əbdülvəhab nam bir tərsa risalət təriqiylə Rum diyarından gəlüb ol məhfildə hazır idi. Həzrəti İmamın rüxsari-şərifin görüb, ahi-cigərsuz çəküb ayıtdı: "Bən Həzrəti- Rəsulun əyyami-həyatında ticarət rəsmiylə Mədinəyə getmişdim. İstədim ki, Həzrəti-Rəsula bir töhfə nəzr edəm. Səhabədən istifsar etdim ki, Həzrəti-Rəsul nə cinsə talibdir. Dedilər: "Təb’i-mübarəki ətriyyata rağibdir". İki nafeyi-müşklə bir miqdar ənbəri-əşhəb ol Həzrətə töhfə ilətdim. Ümm Sələmə sərayində idi. Buyurdu ki, ey əziz, ismin nədir? Dedim: "Əbdülvəhab". Dedi: "Ey Əbdülvəhab, əgər dini-İslamı qəbul edərsən, töhfəni qəbul edərəm". Simayi-mübarəkindən bana mə’lum oldu ki, Həzrəti-İsa və’də qılan Peyğəmbər oldur. Filhal əsəri-iltifatla müsəlman oldum və bir müddətdir ki, imanımı ixfa qılub diyarımda əmri-vəzarətə məşğulam. Həqqa ki, ol gün ki, Həzrəti-Rəsul hüzuri-şərifində idim, bu əziz ki, hala səri-mübarəki zillətlə hüzurindədir, tifl idi. Nagah hazır olub, Həzrəti-Rəsulullah anı bağrına basub, rüxsarın rüxsarına sürüb derdi ki, Vacibülvücud rəhmətindən binəsib olsun ol bədbəxt ki, sənin qətlinə riza verə. Bir gün dəxi Həzrəti-Rəsulla məscidi-came’də idim. Bu əziz ulu qarındaşıyla gəlüb dedilər: "Ya cəddah, qüdrət təfavütində birbirimizlə niza’muz var. Hala müddəamuz budur ki, hüzurində müsariə qılub hər kimin qüdrət və qüvvəti mə’lum ola". Ol Həzrət təbəssüm edüb ayıtdı: "Ey nurididələr, müsariə etmək sizdən münasib degil. Əmma xətt yazın, hər kimin hüsni- xətti ziyadə olsa, ol qalib ola". Şəhzadələr qəbul edüb hər biri bir xət yazub Həzrəti-Rəsula ərz etdilər. Həzrəti-Rəsul heç birinin xatiri məlul olmamaq məsləhəti üçün ayıtdı: "Ey cigərguşələr, xəttinizi Əliyyi-Muritəzaya göstərün, ol təmyiz etsin". Şəhzadələr xəttlərin Mürtəzaya göstərdikdə ayıtdı: "Ey seyyidlər, validənizə ərz edün, ol təmyiz etsün". Həzrəti-Zəhraya ərz olduqda ayıtdı: "Ey məxdumzadələr, bənim xət elmindən vüqufim yoxdur, əmma bir neçə danə lö’lö’ə malikəm, sizə nisar edəyim. Hər kim əksər cəm etsə, ol qalibdir". Fatimə ol gövhərləri ol gövhərlərə nisar edüb şəhzadələr cəm’ etməgə təvəccöh qıldıqda HəzrətiRəsuldan istima’ etdi ki, Həzrəti-İzzət Cəbrailə əmr etdi ki, ey Cəbrail, yer yüzünə enüb bu lö’lö’ləri müsavi mütəqəssim et. Qoyma ki, təqsimində təfavüt bulunub birisinin xatirinə qübari-ələm irişə. Hərgah ki, Həzrəti-İzzət, Mustəfa, Murtəza və Zəhra anlara məlalət rəva görməyələr, zəhi bədbəxt ki, birin zəhrlə həlak edüb, birin tiğisifasətə müstəhəqq görələr. Şe’r:

Ey də’viyi-səadəti-İslam edən güruh,
Haşa ki, qətli-Ali-peyəmbər rəva ola?!
Vay ol lə’ini-müdbirə kim su’i-fe’l ilə
Məhşər günündə xəsmi anın Mustəfa ola.

Əhli-məclis bu hekayətdən mütəəssir olub fəryada gəlməgin Yezid ayıtdı: "Ey Əbdülvəhab, kəlimatın səbəbi-fitnə olur. Əgər hörməti-risalət lazım olmasaydı, sənə siyasət edərdim". Əbdülvəhab ayıtdı: "Ey bədbəxt, hörməti- Rəsuli-Xuda lazım olan yerdə anın övladına necə lazım olmaz?". Yezid mülzəm olub buyurdu, anı məclisdən çıxardılar. Andan sonra hökm etdi ki, Əhli-Beytdən bə’zi kimsənə hazır edələr. Ümm Külsüm, Zeynəb və İmam Zeynəlabidin hazır olub pərdə altından Zeynəbin nəzəri-mübarəki Həzrəti-İmamın rüxsari-şərifinə düşdü. Biixtiyar fəryada gəlüb ayıtdı. Şe’r:

Ey fələk, şərm et, nə bid’ətdir ki, bünyad eylədin,
Xanədani-Əhmədi-Muxtara bidad eylədin.
Əhli-Beyti-Mustəfaya bin sitəm gördün rəva,
Ta Yezidi-pürcəfanın könlüni şad eylədin.
Bu nə fikri-batilü əndişeyi-bihudədir
Kim, yıxub bin Kə’bə bir bütxanə abad eylədin.
Ey Yezidi-pürcəfa, hər kimsə bir ad eyləmiş,
Sən dəxi bu zülm ilə aləmdə bir ad eylədin.

Yezid ayıtdı: "Bu kimdir?". Dedilər: "Həmşireyi-Hüseyn bin Əlidir". Ümm Külsüm dəxi bir canibdən xüruşa gəlüb ayıtdı: "Ey Yezid, rüxsət ver ki, Həzrəti- Hüseynlə bir dəxi mülaqat edüb vida’ edəm". İcazət hasil edüb, ol səri-mübarəki əlinə alub, rayiheyi-gisuyi-müşkbarindən bir zəman bihuş olub özünə gəldikdə ayıtdı: "Ey Yezid, ümidvaram Vacibül-vücud dərgahından ki, əzabi-axirətdən müqəddəm əzabi-dünyaya giriftar olub muradına yetməyəsən". Yezid ayıtdı: "Ey xatun, gördünüzmü ki, də’vayi-kazibiniz nə nəticə verdi?". Ümm Külsüm ayıtdı: "Ey Yezid, "İnnə’l-munafiqinə la-kazibunə"[26], münafiqlər kazibdirlər. "Və yu’əzzibul-munafiqinə və’l munafiqati"[27] və Həqq münafiqləri müəzzəb edər. Əlminnətu lillah ki, biz xanədani-nübüvvətü vilayətüz". Yezid anlardan münhərif olub İmam Zeynəlabidinə təvəccöh edüb ayıtdı: "Bu kimdir?". Dedilər: "Əli İbn Hüseyn". Yezid ayıtdı: "Əli İbn Hüseyn məqtul oldu". Dedilər: "Ol Əliyi-Əkbərdir, Bu bimardı". Yezid ayıtdı. "Ey Zeynəlabidin, Hüseyn istid’a qılurdu ki, minbərdə cilvə qıla və xütbələr bəyan edə. Əl-minnətu li’llah ki, cilvəgahi rü’usi-rimah oldu və bənim dövlətim anı məqhur və məxzul qıldı". İmam Zeynəlabidin ayıtdı: "Ey Yezid, binayi-minbər bənim əcdadımdandır, ya sənin? Və rəsmi-xütbə bizim canibimizdəndir, ya sənin tərəfindən? Ey Yezid, dövlət dövləti-üxrəvidir və ol bizə müyəssərdir və səadət səadəti-baqidir və ol bizə müqəddərdir. "Və’lləzinə hacərü fisəbil’illahi summə qutilu əvmatu ləyərzuqənə-humullahu rizqən Həsənən"[28]. Ey qafil, sənə dəxi etdigin əməl cəzası ənqərib ayid olmaq müqərrərdir. "Və mən yəqtulə mu’minən mutə’əmmidən fə’cəzauhu cəhənnəmə xalidən fiha"[29]. Şe’r:

Ey ki, hərgiz qılmayub əndişə ruzi-Həşrdən,
Səyyi’ati-məhzdir peyvəstə əf’alın sənin.
Ol zəman kim Mustəfa xəsm ola, hakim Kirdgar,
Sən dəxi bişək bilürsən kim nolur halın sənin.

Yezid anın kəlimatindən qəzəbnak olub qətlinə hökm etdi. Ümm Külsüm və Zeynəb fəryada gəlüb ayıtdılar: "Ey zalim, bu tifldən qeyr xanədani-nübüvvətdə sahibi-vilayət qalmadı. Bu nə zülmi-sərihdir?". Şe’r:

Unadikə ya cəddahu, ya xəyrə Mursəlin,
Huseynukə məqtulun və nəslukə zayi’in[30].

Yezidə bu kəlimatdan hövl qalib olub, İmam Zeynəlabidinin qətlindən təcavüz edüb, hüzurinə gətirüb, oğluna müqarin məqam tə’yin edüb ayıtdı: "Ey Zeynəlabidin, bənim oğlum səninlə qərindir. Anınla müsariə etməgə qadirmisən?" İmam Zeynəlabidin ayıtdı: "Müsariə səhldir, əmma hər birimüzə əlinə aləti-cərihə verüb hökm et, mücadilə qılalım. Qalib olan məğlubu qətl etsün". Bu təkəllümdə ikən sədayi-nəqareyi-növbət çıxub bargaha zəlzələ buraxdı. Yezidin oğlu ayıtdı: "Ey Zeynəlabidin, bu bənim atam növbətidir, qanı sizün növbətinüz?". Zeynəlabidin ayıtdı: "Bir miqdar səbr et". Nəqarədən sonra müəzzin nə’reyi-"Allahu əkbər" çəküb məsame’i-hüzzara qülqülə bıraxdıqda Zeynəlabidin ayıtdı: "Ey nütfeyi-Yezid, bu bizüm növbətimizdir ki, təğəyyürü təbəddül bulmaz". Şe’r:

Növbəti-hökmi-müluk eylər qəbuli-intiqal,
Şər’dir ol hökm kim yoxdur ana mütləq zəval.
Qət’ bulmaz rişteyi-peyvəndi-Ali-Mustəfa,
Gərdəni-üqbaya salmışdır kəməndi-ittisal.

Həzrəti-İmam Zeynəlabidinin hüsni-fəsahətindən Yezidə rə’şə düşüb ayıtdı: "Ey fərzəndi-Hüseyn, nə hacətin var isə, bəndən istid’a qıl". İmam ayıtdı: "Qatili-Hüseyni bana təslim et, cəzasına yetirəyim". Yezid rəf’i-məzənnə üçün Kufə sərdarların cəm’ edüb ayıtdı: "Kimdir Hüseynin qatili?". Dedilər: "Xəvli bin Yeziddir". Xəvli bin Yezidi hazır edüb sual etdikdə ayıtdı: "Haşa ki, qətl etmiş olam, lə’nət anın qatilinə!". Əlqissə, çox mübaliğə və münaziələrdən sonra dedilər: "Şimri-Zilcövşəndir". Şimrdən sual olunduqda ayıtdı: "Ey əmir, Hüseynin qatili bən degiləm". Yezid ayıtdı: "Pəs kimdir?" Şimr ayıtdı: "Ol kimsənədir ki, təhiyyeyi-əsbab edüb, hökmlər irsal edüb, ləşkər göndərüb bu əmrə mübaşir oldu". Yezid bu sözdən münfəil olub ayıtdı: "Lə’nət sizə və əf’alinizə, bən Hüseynin qətlinə razı degildim". Həzrəti-İmam Zeynəlabidinə ayıtdı: "Bundan qeyr hacət təmənna qıl". İmam ayıtdı: "İcazət ver ki, Əhli- Beytlə mütəvəccihi-Mədinə olub, cəddi-büzürgvarım türbəti üzərində mücavir olam". Yezid ayıtdı: "Bu hacət icabətə məqrundur, bir hacət dəxi istə". İmam ayıtdı: "Bu gün cüm’ə günüdür. Rüxsət ver ki, minbərə çıxub bir xütbə bəyan edəm". Yezid ayıtdı: "Bu istid’a dəxi məqbuldur, əmma bir şərtlə ki, axiri- xütbədə mənaqibi-Ali-Əbu Süfyan bəyan edəsən". Pəs, münadilər salub, cəmi’iəhli- Şamı məscidi-came’də hazır edüb, ibtidayi-halda əhli-Şamdan bir xətib minbərə çıxardı ki, həmdü sənadan sonra sitayişi-Ali-Əbu Süfyan və məzəmməti-Ali-Əbu Turab edüb, övliyyəti-Yezid və bütlani-Hüseyn xüsusunda mübaliğələr qıldı. Həzrəti-İmam Zeynəlabidin mütəhəmmil olmayub ayıtdı: "Ey xətib, xəta qıldun ki, rizayi-xəlqi qəzəbi-Xaliqə ixtiyar etdin". Şe’r:

Ey xətibi-süstrə’yü səxtrüyi-biədəb,
Daməni-napak ilə aludə qıldun minbəri.
Mədhi-əhli-zülm ilə qıldun Xudayı xəşmnak,
Tə’ni-Al etdin, məzəmmət eylədin Peyğəmbəri.
E’tibari-dövləti-dünyayi-fani səhldir,
Noldu, ey zalim, neçün yad eyləməzsən Məhşəri?!

Xatibin təərrüzündən sonra ayıtdı: "Ey Yezid, icazət ver, bən minbərə çıxub həsbülvaqe’ bir xütbə bəyan edəyim". Çün Yezid bilirdi ki, izhari-həqiqətdən infial çəkmək lazım gəlür, təğafül qılub riza vermədi. Əmma hüzzari-məclis iltimas etdilər ki, əhli-Hicazın fəsahətin istima’ etmək muradımızdır. Çox mubaliğədən sonra icazət verüb, Həzrəti-İmam minbərə çıxub, məsnədi-Rəsulu vücudişərifiylə münəvvər qılub bir xütbeyi-bəliğ əda qıldı ki, kəməndi-diqqəti-idraki- nəzər küngüreyi-eyvani-övsafına yetmək dayireyi-imkana girməz və dəryayi-təfəkkür məzmunü ibarətində əqlisərasimeyi-sahilə ehtimal verməz. Bədaye’i-ibaratında əsnafilətayifi-məlikiyyə möhtəvi və lətayifi-məzmununda əsrari-zərayifimələkutiyyə möntəvi. Şe’r:

Təsəlsüli-kəlimati kəməndi-qeyd qılub,
Fəzayi-ərseyi-göftarı seydgahi-üqul.
Bəlağətində əyan sirri-hikməti-Qur’an,
İbarətində müəyyən rümuzi-şər’i-Rəsul.

Şərayiti-həmdü sənadan sonra bir moizə bəyan etdi ki, ləzzəti-istima’indən nüfusü üquli-hüzzari-məclisü rişteyi-əlaqeyi-əvalimi-cismaniyyədən münqəte’ qalub qərqeyi-dəryayi-hüzuzati-ruhani oldular və ərvahi-qülubi-sükkani-məhfil şərabi-idrakından sərməst olub, zövqi-tənə’ümati-həzayiri-qüdsiyyə hasil qıldılar. Filvaqe’, bir kəlami- hikmətamiz ki, məhzi-dərdi-dil və nəhayəti-cigərdən münbə’is ola, sirayəti müqərrərdir və bir cövhəri-təkəllüm ki, sədəfiismətü iffətdən çıxub iqtizayi-izhar qıla, ədəmi-hüsni-qəbul namutəsəvvərdir. Əlqissə, siğəri-sinnilə kəmali-fəsahət və nəhayəti-bəlağətin mülahizə qılub, cəmi’i-əhli-məclis məftunü mö’təqid olduqda əhsəni-əsvatla nida qıldı ki: "Ey qövm, bənəm varisimüsafiri-fəzayi "Subhanə’lləzi əsra biəbdihi leylən min’əlməscidi’l-hərami ilə’l-məscidəl’l-əqsa[31], bənəm mücavirihərəmsərayi-"Fə-kanə qabə qəvseyni əv ədna"[32], bənəm dəndaneyimiftahi-"Ənə mədinətu’l-ilmi və Əliyyun babuha"[33], bənəm məzmuni-ibarəti-" La əs’əlkum əleyhə’l-əcrə illa əl-məvəddəti fi’l- qurbə"[34]. Bənəm nütfeyi-xeyrüləslab, bənəm nüqaveyi-əhsənülənsab. Bənəm şükufeyi-bəharistani-ismət, bənəm gülbüni-qönçeyi-təharət. Bənəm cigərguşeyi- Fatiməti-Zəhra, bənəm miveyi-dili-Əliyyi-Murtəza. Bənəm nuri-dideyi-Həsəni- Muctəba, bənəm süruri-sineyi-şəhidi-Kərbəla. Məsnədi-xilafəti-mə’nəvi canibivalidi- büzürgvarimdən bana mövhubdur və səriri-səltənəti-suri canibivalideyialimiqdarımdan bana mənsubdur".

Ol bülbüli-gülzari-fəsahət və ol tutiyi-şəkkəristani-bəlağətin kəlimati-hikmətasarın Yezidi-pəlid müəssir görüb, xəlqin təğəyyüriəqidələrindən ehtiraz edüb müəzzinə işarət qıldı, iqamət gətirüb Həzrəti-İmamın kəlimatın qət’ edə. Müəzzin ayağa durub ayıtdı: "Allahu əkbər"[35]. Həzrəti-İmam ayıtdı: "La şəkkə fihi və la-şubhətə və la-hey’in əkbərə minhu"[36]. Müəzzin ayıtdı: "Əşhədu ən-lailahə illallah"[37]. Həzrəti-İmam ayıtdı: "Əşhədu biha ləhmi və dəmi"[38]. Müəzzin ayıtdı: "Əşhədu ənnə Muhammədən Rəsulu’llah"[39]. Həzrəti-İmam əmameyişərifin fərqi-mübarəkindən alub, müəzzin önünə bıraxub, gisuyi-müənbərin pərişan edüb ayıtdı: "Ey müəzzin, bu zikr olan Məhəmməd həqqi üçün bir saət səbr et". Müəzzin xəmuş olduqda şahzadə rəxşi-fəsahət meydani-ibarətə bıraxub, hərarətiismət cür’əti-İmamət birlə ehtirazü ictinab etməyüb dedi: "Ey Yezid, bu Rəsuli-kərim ki, zikri zivəri-mənabirdir, aya, sənin cəddinmidir, ya bənim? Və bu sahibi-şə’ni-əzim ki, vəsfi virdi-əkabirü əsağirdir, aya, nə xəyali-qələt və əndişeyi-batildir ki, zəxarifi-dünyayi-bie’tibar üçün sərayi-aqibətin viran edüb nəqdi-Rəsulullahı təşnəvü heyran hədəfi-sihami-bəla və sipəri-tiği-cəfa qılub və müxəddərati-ƏhliBeyti naməhrəmlərlə şəhrdən-şəhrə gəzdirüb mübtəlayimöhnətiqürbət qıldun? Əgər xilqətində əsəri-İslam var isə, nədir bu istixfafinüqəbayi-İslam? Və əgər yox isə, nədir bu məscidü mehrab aludə qılub ibadəti-batilə qiyamü iqdam?".

Yezid ol kəlimatdan kəmali-infial bulub, ayağa durub müəzzinə əmr etdi, iqamət gətürüb nəmaza məşğul oldular. Nəmazdan sonra dəf’i-məzənnə üçün cəmi’i-ümərayi-Şamü Kufəyi hazır edüb, anlara nifrinü nasəza deyib izhari-təəssüf qıldı ki, bən Hüseynin qətlinə razı degildim. Lə’nət Übeydullaha ki, bu əmri-qəbihə iqdam edüb bəni İraqü Şamda bədnam etdi". Şe’r:

Degil ey süflə, asan qətli-Ali-Mustəfa qılmaq,
Vəfa əhlin əsiri-bəndi-bidadü bəla qılmaq.
Ədalət bağının gülbünlərindən qönçələr üzmək,
Cəfa tiğiylə bir-bir başların təndən cüda qılmaq.

"Kənzül-Ğəraib"də nəqldir ki, Yezid Əhli-Beytə kəndü sərayində bir mənzil tə’yin etmişdi. Həzrəti-İmam Hüseynin dört yaşında bir mə’suməsi olub, ol Həzrətin iltifatinə mö’tad idi. Ol Həzrət dərəceyişəhadət bulduqda hər gün mütəfəqqid olub sorardı ki, "Əynə əbi"[40].

Ənvai-firiblə təskin verirlərdi. Bu zəmanda ki, məqamları Yezidin sərayində idi, ol mə’sumə bir gecə validi-büzürgvarın vaqiəsində görüb, iztirabla bidar olub fəryad etdi ki, "Əynə əbi?". Ol növhədən Yezid bidar olub səbəb sual etdikdə ol mə’sumənin halın ərz etdilər. Yezid ayıtdı: "Hüseynin başın ana göstərsünlər, ola ki, təskin bula". Həzrəti-İmamın səri-mübarəkin bir təbəqdə ol mə’sumənin hüzurinə gətürdikdə dedi: "Bu nədir?" Dedilər: "Haza əbukə"[41]. Ol mə’sumə nəzər qıldıqda biixtiyar rüxsarın rüxsarinə sürüb, ahi-cigərsuz çəküb can tapşırdı. Müxəddərati-Əhli-Beyt ol halı görüb, təcridi-matəm qılub növhələr bünyad qıldılar ki, Yezidin sərayinə zəlzələ düşdü. Şe’r:

Artırırsan, ey fələk, övladi-Peyğəmbər qəmin,
Tazə eylərsən dəmadəm Əhli-Beytin matəmin.
Tişeyi-bidad ilə hər dəm tökür bir daşını,
Vəh ki, viran eylədin şər’in binayi-möhkəmin.

Yezid ol əhvala müttəle’ olduqda Əhli-Beytə tə’zimlə tə’ziyət yetürdi. Əmma Ümm Külsüm Yeziddən icazət istədi ki, sərayiimarətdən xaric bir mənzil müqərrər edələr ki, Əhli-Beyt anda sakin olub fərağətlə əzaya məşğul olalar. Yezid müxəddərati-pərdeyi-ismət üçün xarici-sərayi-imarətdə mənzili-münasib tə’yin etdirüb əmr etdi ki, xəvatini-əkabir və əşrafi-Şam cəm’ olub anlarınla əzaya məşğul olalar.

Əlqissə, məcmə’i-matəm mürəttəb olub, növhələr bünyad olunub mərsiyələr oxundu, bu ol cümlədəndir ki. Şe’r:

Matət ricali və əfnə’l-məvtu-sadati,
Və zadəni heyrətun min-bə’də adati[42].
Ah kim, qıldı cəfa çərx vəfadarlara,
Dağlar urdu dəmadəm dili-əfgarlara.
Bunca mə’sumləri zarü giriftar etdi,
Hiç rəhm eyləməyüb zarü giriftarlara.

Məqtəli-Əbu Mihnəfdə məsturdur ki, Yezid Həzrəti-Zeynəlabidin ilə bə’zi xidmətkarlar qoşub, şühədanun başların Kərbəlada bədənlərinə mülhəq edüb gerü Şama müraciət qılanadək Əhli-Beyt üçün əsbabi-səfər mühəyya qılub, hər birinə münasib xəl’ətlər və hədiyyələr verüb, Həzrəti-İmam Zeynəlabidin gəldikdə Nü’mani-Bəşiri otuz mükəmməl mübarizlə xidmətlər üçün tə’yin edüb, riayətlərində mübaliğə qılub Mədinəyə irsal etdi. Nü’mani-Bəşir müxlisi- xanədandı. Mədinə yolunda Əhli-Beytin xidmətində kəmalisə’yi ehtimam zühura gətirüb nüzul və irtihalda təriqi-ədəb bir mərtəbədə riayət qıldı ki, xəvatini-Əhli-Beyt şakirü razı oldular. Mədinə qürbünə yetdikdə Ümm Külsüm Zeynəbə ayıtdı: "Ey həmşireyi-əzizə, Nü’manın ədayi-hüququ bizə lazım oldu, səlah nədir?" Zeynəb ayıtdı: "Ma-ləna şey’in illa hilyətuna"[43] yə’ni hilyəmizdən qeyr nəsnəyə qüdrətimiz yoxdur". Pəs ə’zalərindən hilyələrin çıxarub, bir təbəqdə qoyub Nü’mana irsal etdilər ki, bu, xidməti-dünyadır. İnşa’allah, cəzayi- xidmətin axirətdə zahir olur. Nü’man ol hilyələri yenə gerü döndərüb təzərrö’ qıldı ki: "Ey xəvatini-hərəmsərayi-nübüvvət, əgərçi bu xidmət zahirən Yezid hökmüylə surət buldu, əmma həqiqətdə bənim məqsudumdu ki, bu xanədana nisbət bir xidmət bəndən zahir ola. Əlminnətü lillah ki, müyəssər oldu".

Lillahi’l-həmd ki, şayisteyi-dərgah oldum,
Mə’niyi-surəti-ixlasdan agah oldum.
Aqibət mənzili-məqsuda yetərsəm nə əcəb,
Əhli-e’cazü kəramat ilə həmrah oldum.

Əlqissə, Əhli-Beytin təşrifindən xəbərdar olub, əhli-Mədinə zükurü ünas və siğarü kibar naləvü fəğanla istiqbal edüb, Həzrəti İmam Zeynəlabidin və xəvatini-Əhli- Beyti libasi-matəmdə giryanü pərişan görüb, sinələrin çak və didələrin nəmnak edüb derlərdi. Şe’r:

Ey sipahi-münkəsir, noldu sipəhsalarınuz?
Netdinüz sultanınız, billah, qanı sərdarınuz?
Nişə olmuş lə’lgun lö’lö’i-abi-çeşminiz?
Nişə rəngi-yasəmən dutmuş güli-rüxsarınuz?
Netdinüz ol şəhriyari-mə’dələtasarı kim,
Lütfi olmuşdu ənisü munisü qəmxarınuz?!

Əlqissə, Mədinəyə qülqüleyi-əhli-əzadan bir zəlzələ düşdü ki, dərü divardan sədayi-növhə asimana irişdi. "Nüzhətül-Ərvah"da məsturdur ki, beş növbət Mədinədə öylə müsibət vaqe’ oldu ki, qovğasından müqəddəmeyi-Qiyamət təsəvvür edüb xəlq istiğfara başladılar. Bir növbət hərbi-Uhudda Həzrəti-Rəsul məqtullar içrə qalıb İblis nida qıldıqda ki, "Əl’an Muhəmməd qəd qutilə"[44], bir növbət dəxi Həzrəti-Risalət dari-dünyadan rehlət etdikdə, bir növbət dəxi Həzrəti-Hüseyn Əhli-Beytlə Mədinədən Məkkəyə təvəccöh etdikdə, bir növbət dəxi Şamdan Əhli-Beyt Mədinəyə gəldikdə.

Rəvayətdir ki, Əhli-Beyt çehrə və gisu qubari-rahdan pak etmədən və rəncisəfərdən istirahət bulmadan rövzeyi-Seyyidikainata mütəvəccih olub, fəryadü fəğanlar edüb, səlam verüb ərzi-hal etdilər ki: "Ya cəddah və ya seyyidah[45], badiyeyi-Kərbəla sərgərdanlarıyuz, diyari-qürbət heyranü pərişanlarıyuz. Pənceyi-həvadisdən giribanımız çak, təpançeyi-nəvahibdən didəmiz nəmnak. Şe’r:

Ya Rəsulullah, biyabani-bəla səyyahıyuz,
Gəlmişiz dərgahinə zarü diləfgarü həzin.
Şəm’i-nüzhətgahımız badi-fənadan fövt olub,
Həmdəm olmuşdur bizə nirani-ahi atəşin.
Rəxtimüz seylaba getmiş, mülkümüz olmuş xərab,
Halımız olmuş mükəddər, könlümüz ənduhgin.

Bu növ’lə növhələr qılırkən nagah Ümm Sələmə hücreyi-təharətdən xiraşidəruy və pərişanmuy istiqbala gəlüb, şişeyi-xakiKərbəla əlində qana dönmüş. Mütəhhərati-Əhli-Beyt Ümm Sələməyi görüb bir növ’lə matəm etdilər ki, sükkani-təbəqati-səma səbheyiibadətxaneyi- ülya övradi-mütəarifələrin fəramuş edüb anların əzasinə mütəvəccih oldular.

"Uyunur-Riza"da məsturdur ki, fərzəndi-Dəili-Xüzai rəvayət etmiş ki, validimin heyni-mövtində rüxsarın siyah görüb qayətdə mütəhəyyir idim. Bir gecə vaqiəmdə gördüm ki, xürrəmü xəndan libasi-faxirlə cənnət içrə seyr edər. Dedim: "Ey validi-büzürgvar, heyni-vəfatda halın əhli-cərayim halına müşabih idi. Hala surətihalında nişaneyi-əhli-səlah var, hikmət nədir?". Dedi: "Ey fərzəndiəziz, qayəti-isyanla dünyadan çıxdım. Əmma Həzrəti-Rəsul bəndən sual etdi ki, ey Dəil, şəhidi-Kərbəla mərsiyəsində nə demişsən, təqrir eylə. Bən dəxi əda qıldım və bu beyt andandır. Şe’r:

La-əzhəku’llahu səqrə’d-dəhri in zəhikət,
Və ali Əhməd məzluminə qəhrən[46].

Və bən oxuduqca Həzrəti-Rəsulullah riqqət edüb ağlardı. Təmam olduqda bu üzərimdəki xəl’əti ən’am edüb günahlarıma şəfi’ oldu". Şe’r:

Əhli-Beytin sənavü mərsiyəsi
Əhsəni-əfzəli-fəzayildir.
Kim ki, bir beyt ol xüsusda der,
Ol dəxi Əhli-Beytə daxildir.

Rəvayətdir ki, qatili-Hüseyn bir atəşin tabut içrə müqəyyəd olub səlasilü əğlalla təcəddüdlə mütəaqib olmaqdadır Qiyamətədək.

Və "Sühüfi-Şərif"də isnadi-Rizaviyyədən nəqldir ki, Həzrəti Rəsul buyurmuş ki, Musa bin Imran, Haruni-Nəbi fövtündən sonra ruyi-təzərrö’ dərgahi- Vacibül-vücuda dutub Harun üçün rəhmət istid’a qıldı. Həzrəti-İzzətdən vəhy gəldi ki: "Ey Musa, əgər bəndən cəmi’ixəlq üçün rəhmət istid’a qılsan, qəbul edərəm. Əmma qatili-Hüseynin günahından təcavüz mümkün degil, anın intiqamın mən alsam gərək". Şe’r:

Gər əzabi-əhli-duzəx cürm miqdarincədir,
Vay ana kim eyləmiş, qətli-şəhidi-Kərbəla!
Ol səbəbdən kim, şəhidi-Kərbəlanun qədrini
Eyləmiş ə’la cəmi’i-xəlqdən Rəbbül-üla.

"Kənzül-Ğərayib"də məsturdur ki, cəmi’i-əjdərhalarun mehtəri bir əjdərdir Şədid nam. Hər gün yetmiş növbət titrəyüb, ə’zasından zəhri-həlahil tökülür. Həzrəti-İzzətdən nida gəlür ki: "Ey Şədid, səbr et ki, qatili-Hüseyn tə’zibi sənə mənsubdur".

Rəvayətdir ki, Əhli-Kufə və Şamdan hər fərd ki, ol mə’rəkədə idi, bu üqubətə şərikdir. "Kənzül-Ğərayib"də məsturdur İmami-Sipəri nəqliylə ki, bir gün məclisimizdə bu zikr olunurdu ki, vaqieyiKərbəlada məsrur olanlar sərbəsər dünyada məqhur oldular. Xəvaricdən bir bədbəxt hazır idi, bu göftara inkar edüb dedi: "Bu söz kizbdir, zira bən ol cümlədənəm və əsla bana məkruh mütəvəccih olmadı". Həqqa ki, hənuz göftarı tamam olmadan çiraği-məclisdən bir şərarə rəxtinə düşüb, zəbanə çəküb heç vəchlə təskin bulmayub ol bədbəxti yaxdı və bu surət ülul-əbsara mövcibi-təzayidi-e’tibar oldu. İmam Həsəni-Bəsri, rəhmətullahi əleyh, nəql etmiş ki, təhqiqiməsayili-şər’iyyə üçün bir mütəəllim bənim məclisimə tərəddüd edərdi və həmişə andan bir rayiheyi-məkruh zahir olub, əhliməclisə küdurət yetürərdi, əmma mən’inə həya mane’ olurdu. Aqibətüləmr ol rayihənin səbəbin sual etdikdə münfəil olub ayıtdı: "Ey əzizlər, bən ol tayifədənəm ki, vaqieyi-Kərbəlada mühafizəti-Fərat üçün mə’mur olmuşlardı. Müharibədən sonra bir gecə vaqiəmdə gördüm Qiyamət olmuş və bən qayətdə təşnəyəm. Nagah gördüm ki, Həzrəti-Rəsul və Əli və Həsən və Hüseyn [hövzi]- Kövsər kənarında cəm’ olmuşlar. Və dəxi ilhab edüb bir cür’ə su istədim, vermədilər. Fəryad etdim ki, təşnəyəm. Həzrəti-Rəsul müttəle’ olub ayıtdı: "Nişə bu fəqirə su verməzsiz?" Ayıtdılar: "Ya Rəsulullah, bu şəxs ol tayifədəndir ki, müharibeyi- Kərbəlada hifzi-Fərat üçün tə’yin olunmuşlardı". Həzrəti-Rəsul ayıtdı: "Əsquhu qətranən"[47]. Bən qətranı su təsəvvür edüb təcərrö’ etdikdə rayihəsindən nifrət edüb, hövlü hərasla bidar olduqda bu zəhmət bəndə peyda oldu". İmam Həsəni- Bəsri ol haldan vaqif olduqda məclisdən mən’ edüb, ol bədbəxt əqrəb zəmanda əs’əbi-bəliyyatla dünyadan getdi.

Əbul-Məfaxirdən mənquldur ki, bir şəxs təvafi-Kə’bədə gördüm, niqaba girmiş. Təzərrö’ edərdi ki, ya Rəb, günahımı əfv et. Əgərçi bilirəm ki, qabili-əfv degil". Əşrafi-Məkkə ayıtdılar. "Ey fəqir, novmidlik küfrdür". Dedi: "Ey qövm, bən ol güruhdanam ki, şühədanun başları Şama getdikdə mühafizəsinə mə’mur olmuşlardı. Və ol bədbəxtlər hər mənzildə başların sənduqini araya alub, ətrafında məclisi-xəmr tərtib edüb irtikabi-ləhv edərlərdi, Əmma bən irtikab etməyüb əməllərinə müşahidə qılırdum. Bir gecə cəmi’i-müstəhfizlər məst olub bən tənha qaldıqda gördüm gögdən bir xeymeyi-nur enüb, başların müqabiləsində qurulub və ol xeymədən üç sahibçehreyinurəfşanla çıxub, ol başları sənduqdan çıxarub ziyarət etdilər. Və bən təvəhhümi-təmamla müşahidə qılırkən üzərində bir piri-rövşənzəmirinurani görünüb sual etdim ki: "Bunlar kimlərdir?". Dedi: "Bunlar dərgahi-İlah müqərrəbləri, yə’ni Cəbrail, Mikail və İsrafildir". Bir zəmandan sonrə gördüm Cəbrail xeyməyə mütəvəccih olub dedi: "Ənzil, ya Səfiyyəllah"[48]. Gördüm ki, Adəm və Şis və İdris çıxub ol başları ziyarət etdilər. Anlardan sonra dedi: "Ənzil, ya Nəciyəllah"[49]. Gördüm Nuh və Sam çıxub ol başları ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, ya Xəliləllah"[50]. Gördüm İbrahim və İshaq çıxıb ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, ya Kəliməllah"[51]. Musa və Harun çıxıb ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, ya Ruhəllah"[52]. Gördüm İsa çıxub ziyarət etdi. Andan sonra ayıtdı: "Ənzil, ya Həbibəllah"[53]. Gördüm Həzrəti-Mustəfa təşrif buyurub səri-mübarəki- Hüseyn yetmiş qədəm miqdarı istiqbala gəlüb, çehreyi-mübarəkin qədəmi- Rəsulullaha sürub, avazi-hüzn ilə fəğana gəldi ki: "Ya cəddah, ümməti-bivəfadan gör ki, bana nə bəlalar gəldi". Və Həzrəti Rəsul rüxsari-şərifin rüxsarinə sürüb və cəmi’i-ənbiya ittifaqla əzaya məşğul oldular. Şe’r:

Səhldir ol kim həmin Həvvadan Adəm oldu dur,
Olmadı məcmui-ətba’vü əyalından cüda.
Səhldir ol qəm ki, düşdü bəhrə Nuhun zövrəqi,
Görmədi dəryayi-xunab içrə girdabi-fəna.
Səhldir kim, yetdi İbrahimə Nəmrud atəşi,
Yetmədi bərqi-cəhansuzi-fİraqi-əqrəba.
Səhldir kim, çəkdi bidadını Fir’onun Kəlim,
Olmadı düşmən ana bir kafiri-mö’minnüma.
Bitəkəllüf əql mizaniylə təhqiq etsələr,
Cümleyi-ənduhi-məcmui-güruhi-ənbiya.
Gəlməz ol miqdar möhnətlərcə kim səbr eyləyüb,
Çəkdi əhli-zülmdən məzlumi-dəşti-Kərbəla.

Rəvayətdir ki, ol tə’ziyət əsnasında Cəbrail Həzrəti-Rəsulun xidmətinə gəlüb ayıtdı: "Ya Rəsulullah, hökmi-Həzrəti-İzzətdir ki, rizayi-şərifin olsa, Kufə şəhrin Lut qövminin mülkünə döndərəm". Həzrəti-Rəsul ayıtdı: "Ey Cəbrail, bənim səbrim sayir ənbiyadan ziyadədir. Səbr edərəm, Qiyamət günü əzabi-müəbbədlə anlardan intiqam aluram". Cəbrail ayıtdı: "Ya Rəsulullah, hökmdür ki, bu müstəhfizləri məlayikeyi-əzab atəşi-əzaba yaxalar". Həm ol halətdə firiştələr hərbeyi-atəşin çəküb ol cəmaətə həmlə qıldılar. Əlli nəfər müstəhfizlərin qırx doquzu yanub bana növbət yetdikdə təzərrö’ etdim ki, "Əl-əman əl əman"[54]. Həzrəti-Rəsul ayıtdı: "Lağəfərə’llahu ləkə"[55]. Və mən bilirəm ki, duayi-Həzrəti- Rəsul müstəcabdır və mən məğfur olacaq degiləm". Dedilər: "Niqab tutmağa səbəb nədir?". Dedi: "Ol vaqiə səlabətindən ləvnim mütəğəyyir oldu". Mübaliğə ilə pərdəsin açdıqda gördülər, peykəri pozulmuş. Ol bədbəxti Kə’bə təvafından mən’ edub çıxardılar. Bir saiqə peyda olub ol napakı pak yaxdı. Beyt:

Əsəri-zülmü sitəmdir qəzəbü qəhrə səbəb,
Zülm əhlinə düşər saiqeyi-qəhrü qəzəb.

Əksəri-əhli-təfsirdən nəqldir ki, səhhətə yetmişdir ki, vaqieyi-Kərbəladan sonra Übeydullahi-Ziyadın ləşkərində səvarü piyada, xadimü məxdum "Ka’inən ma-kanə"[56] heç fərd asayişü hüzurla məaş etməyüb, hər biri qəbləl-mövt bir əzaba giriftar olub anınla fövt oldu. Xalid bin Yezid Həzrəti-İmamın əmameyi-şərifin fərqimübarəkindən alub təsərrüf etmişdi. Dimağı müxəbbət olub, illəti-sevdayla zəncirlərə girüb ol qeydlə silsileyi-"Zər’uha səb’unə zira’ən"[57] qeydinə düşdü. Və Cə’fər bin Əxzəri pirahəni-şərifin bədəni-lətifindən çıxarub almışdı və ol pirahəndə yüz yetmiş zəxmitiğü tir olub, filhal ol bədbəxt əbrəs olub illətibərəslə dünyadan getdi. Əsvəd bin Hənzələ şəmşirin təsərrüf etdi. Cüzama giriftar olub ol illətlə fövt oldu. Malik bin Yəsar cövşənlərin təsərrüf etdi. Xiffəti-əql peyda qılub, məsru’ olub küçələrə düşdu. Aqibət tifllər daşıyla həlak oldu. "Şəhvahid"də məsturdur ki, Şimri-lə’in bir miqdar əşrəfi Həzrətiİmamın rüxutindən çıxarub nəhb etmişdi. Bə’zisin hilyə edüb, övladına vermək da’iyəsin qıldıqda ol tila mə’dum olub, Şimr ol halətə şəkk gətirüb, zərgəri kəndü hüzurinə hazır edüb ol tilanun bə’zisin butəyə qoyduqda təmam mə’dum oldu. Rəvayətdir ki, bə’zi bədbəxtlər şahzadənin qətarindən naqələr zibh edüb tənavül etdikdə məsabeyi-zəhr olub təsərrüfü müyəssər olmadı. Əlqissə, qitaleyiHüseyn üqubatiüxrəvidən müqəddəm üqubati-dünyaya giriftar olmadan dünyadan getmədilər.

"Miratül-Cinan"da məsturdur ki, vaqieyi-Kərbəladan sonra əqrəbi-zəmanda Übeydullahi-məl’unun səri-namübarəkin qət’ edüb Kufə məscidinə gətürdilər. İmam Tirmizi, Əmmaridən nəql etmiş ki, bən hazır idim, gördüm divardan bir əf’i çıxub, Übeydullahi-bədbəxtin dimaği-namübarəkinə girüb, durub çıxub bir neçə növbət bu əməli edərdi. Müşahidə edənlərə mühəqqəq oldu ki, bu, müqəddimeyi-əzabdır. Və "Şəvahid"də məsturdur ki, Mədinədə bir bədbəxt Həzrəti-İmamın qətlinə bəşarət etdi. Həm ol gecə bir avaz eşitdi ki, asimandan gəlirdi:

Əyyuhə’l-qatilunə cəhlən Hüseynən
Əbşiru bil-əzabi-və’t-tənkil[58].

Ümid var ki, ümumi-lütfi-İlahi və şümumi-fəzli-namütənahi ol əhibbayisadiqülixlas və əviddayi-qəvimül-ixtisasa qərini-hal və kəfili-hüsni-mə’al ola ki, hər mahi-Məhərrəm təcdidi-matəmi-şahi-Kərbəla və təhriki-silsileyi-tə’ziyəti-şühəda qılub, dideyi-giryan və dili-biryanla mütəvəccihi-kəsbi-səvabi-dünyəvi və üxrəvi olub əcrlər bulalar və cümleyi-səvabından bu müsibətnamə müəllifinə təsəddüq qılub bu səvabı dəxi mövcibi-məzidi-həsənat bilə. Təmmə bi’l-xəyr və’s-səadət[59].

  1. Ey quş, həqiqəti-halın və qanadındakı nədir?
  2. Ah babam, ah Məhəmmədim!
  3. Allah əlini kəssin!
  4. Ey pəri qadınlar, Haşimi qəbiləsinə mənsub qadınlar məni xoşbəxt edərlər.
    Çünki o qadınlar zatı pak olan İmam Əhməd Mustafanın qızlarıdır.
  5. Rəsul alnını sildi və yanında bir şimşək çaxdı.
    Əcdadı Qüreyşin ən uluları və ən xeyirliləri idi.
  6. Qəlblərində olmayan şeyi dillərilə söylərlər.
  7. Yoxsa sən Kəhf və Rəqim sahiblərini heyrət ediləcək ayətlərimizdənmi sandın? (Quran, 18, 9).
  8. Ey Rəsulullahın nəvəsi, doğru buyurdun.
  9. Zənn etmə ki, Allah zalımların etdiklərindən qafildir (Qur’an, 14, 42).
  10. Ey Allahın düşməni, yalan dedin
  11. Ey Əhli-Beyt, Tanrı sizdən pisliyi yox etmək istəyir (Qur’an, 33, 33).
  12. Sizi pak və tərtəmiz etmək istəyir (Qur’an, 33, 33).
  13. Gözləri var görməz, qulaqları var eşitməz (Qur’an, 7, 179).
  14. Allah səbr edənlərlə bərabərdir (Qur’an, 2, 153).
  15. Özləri üçün acıqlı bir əzab olduğunu düşmənlərə müjdə ver! (Qur’an, 4, 138).
  16. Allaha and içirəm ki, qiyamət günündə onun bir alacaqlısı vardır.
  17. Mahiyyətindən bir şey söyləməz.
  18. Güclü Allah ona öyrətmişdir.
  19. Zalımlar nələrə düçar olacaqlarını lap yaxında anlayacaqlar (Qur’an, 26, 227).
  20. Sən kimsən?
  21. Allahın salamı Nəbimizə və onların üzvlərinə olsun!
  22. Ey məzlum, sənə salam olsun! Ey sıxıntı içində olan, sənə salam olsun! Ey qəmli, sənə salam olsun!
  23. Ey rahib, mən məzlumam, mən sıxıntı içindəyəm, mən qətl olunmuşam, mənqəribəm, mən Mustafanın oğluyam, mən Murtəzanın oğluyam.
  24. Üzəngini gümüş və qızılla doldur,
    Çünki mən əxlaq sahibi o ağanı öldürdüm.
    Anası və atası insanların ən xeyirlisi olan insanı,
    Soyu-kökü e’tibarı ilə ən şərəfli olanı öldürdüm
  25. Allah əlini kəssin!
  26. Şəksiz ki, ikiüzlülər yalançıdırlar (Qur’an, 62, 1).
  27. Allah ikiüzlü kişilərlə ikiüzlü qadınlara əzab verər (Qur’an, 33, 73).
  28. Allah yolunda köç edib, sonra öldürülən və ölənləri Allah ən gözəl ruzi ilə mükafatlandıracaqdır (Qur’an, 22, 58).
  29. Hər kim bir mö’mini qəsdən öldürürsə, onun cəzası həmişəlik cəhənnəmdə qalmaqdır (Qur’an, 4, 93).
  30. Ey babam, ey göndərilən peyğəmbərlərin ən xeyirlisi, sənə səslənirəm,
    Hüseynin öldürülmüş və nəslin tükənmişdir.
  31. Gecə ilə qulunu Məscidi-Həramdan ətrafını mübarək bildiyimiz Məscidi-Əqsaya götürən o Zat hər əskiklikdən uzaqdır (Qur’an, 17, 1).
  32. Yayın iki ucu məsafəsi və ya daha yaxın bir uzaqlıqda idi.
  33. Mən elm şəhəriyəm və Əli də o şəhərin qapısıdır.
  34. Yaxın adamlarıma məhəbbət göstərməyinizdən başqa bir şey istəmirəm.
  35. Allah uludur.
  36. Şəksiz və şübhəsiz, heç bir şey ondan daha uca deyildir.
  37. Allahdan başqa Tanrı olmadığına şəhadət edirəm.
  38. Ətimlə və qanımla ona şəhadət edirəm.
  39. Məhəmmədin Allahın elçisi olduğuna şəhadət edirəm.
  40. Atam hardadır?
  41. Bu, atandır.
  42. Adamlarım öldü, ölüm böyüklərimi yox etdi,
    Və məndən sonra məni ən çox heyrətə salan qanun və adətlərimdən uzaqlaşmadır.
  43. Zinətlərimdən başqa bir şeyim yoxdur.
  44. İndi Məhəmməd öldürüldü.
  45. Ey ata, ey ağam!
  46. Allah fələyi əsla güldürməsin,
    Çünki Əhmədin övladları məzlumcasına qəhr oldular.
  47. Оna qətran içirin!
  48. En, ya Səfiyullah! (Allahın seçilmişi).
  49. En, ya Nəciyullah! (Allahın nicat verəni).
  50. En, ya Xəlilullah! (Allahın dostu).
  51. En, ya Kəlimullah! (Allah ilə danışan).
  52. En, ya Ruhullah! (Allahın ruhu).
  53. En, ya Həbibullah! (Allahın sevimlisi).
  54. Aman, kömək edin!
  55. Tanrı səni bağışlasın!
  56. Kim olursa, olsun!
  57. Boyu yetmiş arşın.
  58. Ey cəhalətlə Hüseyni öldürənlər! Uğrayacağınız əzab və cəza sizə müjdə olsun!.
  59. Xeyir və səadətlə tamamlandı