Nə axtarır?

Vikimənbə saytından
Nə axtarır? (09.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Şor tapa bilmir yağı, yağla düyü, ət axtarır,

Düşmənim itdən düşüb, “dəh-dəh” deyib at axtarır.


Yad qapılarda sülənməkdən düşüb əldən, yenə

Burnunu dik qovzayıb guya ləyaqət axtarır.


İş düşəndə əngələ, salmış işə qancıqların,

İndi namusdan vurur dəm, həm də qeyrət axtarır.


Var xəbis alnında daim çünki satqın damğası,

Çox təəccüb ki, bu halətlə sədaqət axtarır.


Guya borcluymuş buna dünyada övladi-bəşər,

Şeytana qulluq edir, damuda cənnət axtarır.


Nemətin şükranın etməz, it kimi şıllaq atar,

Amma gəl, hər kəsdən artıqraq da nemət axtarır.


Bir sürü hərcayıdır, əxlaqı yox, saymaz hüquq,

Böylə baş-gözlə hələ dünyavi dövlət axtarır.


Görmüşük, insan fəzilət axtarar tarix boyu –

Erməni insan deyil yoxsa – rəzalət axtarır?


Söz kar etməz, Teymur, almış ağlını Tanrım hayın,

Çünki öz başına bu bədbəxt müsibət axtarır!