Qoyma gəldi! Teymur Kərimli

Vikimənbə saytından
Qoyma gəldi! (02.06.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Sabirə bir uyarı


Makroncan, amandı, qoyma gəldi!

Yumruğu yamandı, qoyma gəldi!


Bayraktara olmusanmı halı?

Səssizcə kəsir qabağı-dalı,

Dənnər dığanı cücə misalı,

Vəhşi çalağandı, qoyma gəldi!


Aljirdə o vaxt fransalı Jan

Milyonlar ilə qırıb müsəlman;

Neyçün ki, ərəb deyildir insan!

Öldürmək asandı, qoyma gəldi!


90-ları türk nə tez unutdu?

Azərlərə hay divan nə tutdu!

Ax-ax, o gözəl zaman tez ötdü,

Haylar oda yandı, qoyma gəldi!


Gör bir necə mərəkə quruldu,

Heç bilmədim ordumuz necoldu...

Dağlar dığadan meyitlə doldu,

Türklər canalandı, qoyma gəldi!


Gül arzulayan tikan dəribdi,

İndi Qarabağ bizə qəribdi...

Yumruq yenə də hazır durubdu –

Məqsəd İrəvandı, qoyma gəldi!

Makroncan, amandı, qoyma gəldi...


Hay öz başına oyun açandan,

Az-maz nəfəsi gəlir İrandan,

Mağul var idi yolum Qafandan,

Yollar da qapandı, qoyma gəldi,

Makroncan, amandı, qoyma gəldi!