Vız gəlir

Vikimənbə saytından
Vız gəlir (21.11.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Hər yerindən duran bizə mız qoyur,

Mız qoyanın mızı bizə vız gəlir!

Media dolubdur feyk yazılarla,

Yağı yazan yazı bizə vız gəlir!


Tanrı yardımıyla bu işi sovduq,

Burnudik yağının burnunu ovduq,

İti qovan kimi düşməni qovduq,

Gennən hürən tazı bizə vız gəlir!


Döyüş meydanında düşmən çox naşı,

Siçan deşiyindən çıxammır başı.

Bilmir ki, başına salsın nə daşı?

Özü bilər, düzü, bizə vız gəlir!


Sanırdı keçəcək daim bu hənək,

Qəfildən başına endi dəyənək!

Yenə də leş üstə vızıldar sinək,

O sinəyin vızı bizə vız gəlir!


Yurdsuz şirnikirdi yurd həvəsində,

Qısdı quyruğunu mərd nərəsindən!

Yenə fitnə coşur daz kəlləsində,

Fitnəsi vız gəlir, dazı vız gəlir!


Adı üstündədir, nə deyim haya?

Murdar cəmdək kimi düşüb dünyaya.

Sifətində su yox, üzündə haya,

Susuz qalan üzü bizə vız gəlir!