Məzmuna keç

Bu dünyada üç şey başa bəladı

Vikimənbə saytından
(Üç şey səhifəsindən istiqamətləndirilmişdir)
Üç şey
Müəllif: Aşıq Ələsgər
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.

Bu dünyada üç şey başa bəladı:
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.

Ov keçdi bərədən ata bilməzsən,
Uçdu getdi əldən, tuta bilməzsən,
Yerisən yüyürsən çata bilməzsən,
Görürsən ki baxtın yatdı, sən də yat.

Qılma Ələsgəri məhrumu - didar,
Tərəhhüm et mənə bir busə ey yar!
Üç həriflə ismin eylədin aşkar;
Biri kafdı, biri lamdi, biri sat.