Məzmuna keç

Camican

Vikimənbə saytından
(Camecan səhifəsindən istiqamətləndirilmişdir)
Camican
Müəllif: Molla Məhəmməd Səfili
Mənbə: Asif Hacılı. Axısqalı Aşıq Molla Məhəmməd Səfili. Bakı: Mütərcim, 2014.

Xerolilar Osmannıya qaçarlar,
Ermanilər sədirlərə keçarlar,
Cami havlisində şarab içarlar
Nə gündən günlərə qaldın, camican.

Ermanilər gəlür bunda tururlar,
İstikani bir-birinə vururlar,
Əzənin yerinə zəngi vururlar,
Oxunmaz əzənlər, qaldın, camican.

Ermanilər kəndi dinin taparlar,
İstikani bir-birindən qaparlar,
Mehrabın yerinə bir xaç tikarlar.
Nə gündən günlərə qaldın, camican.

Mərəqimdən bənim başım ağarur,
Bozulur mehrabın, cami tağılur,
Keşiş gəlib bico-bico bağırur,
Nə gündən günlərə qaldın, camican.

Səfili bekar durub gəzməsin,
Ermənilər camiləri bozmasın,
Allah sənin işin hillə bəzəsin,
Xeyir olsun sənin işin, camican.