Daş, ay gəlin
Daş, ay gəlin Müəllif: Aşıq Bəsti |
Mənbə: Aşıq Bəsti (2013). Bənövşələr (az). Gəncə. Orijinal mənbədən 2018-09-14 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-14. |
Görməyəydim bu dağlarda,
Haray, səni, kaş, ay gəlin!
Söylə, sənə kim qarğadı,
Niyə oldun daş, ay gəlin?
Hardan bilim haralısan,
Dağ görmüsən yaralısan?!
İsmətlisən, həyalısan,
Özü qələm qaş, ay gəlin.
Qoymaz burdan dərdsiz keçəm,
Duruşu qəm, baxışı qəm.
Ağlar Bəsti taleyi kəm,
Durmaz gözdə yaş, ay gəlin.