Məzmuna keç

Ey dəriğa kim, o şahın məh camalın görmədim

Vikimənbə saytından
(Görmədim (Şahnigar xanım) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmədim
Müəllif: Şahnigar xanım


Ey dәriğa kim, o şahın mәh camalın görmәdim,
Üz sürüb dәrgahına, ruxsari-alın görmәdim.

Ötmәdim kuyindә hәr şәb ta sәhәr bülbül kimi,
Yetmәdim mәqsudә bir dәm, gül vüsalın görmәdim.

Dәsti-pakın bus edib, hәm hәr tәrәf "hu-hu" deyә,
Seyr edәn sәrmәsti-rindi-laübalın görmәdim.

Ey dәriğa kim, o mahın hәlqeyi-üşşaqdә
Seyri-çalakın, vücudi-bimisalın görmәdim.

Ey dәriğa, dәrgәhindә aşiqi-şeydasının
Xub avazın, dәxi şirin mәqalın görmәdim.

Әfv qıl, ya rәbbәna, hәr dәm dili-divanәmi
Cürmü üsyan ilә gördüm, yaxşı halın görmәdim.

Dәr cahan, әlhәmdülillәh, xәsteyi-Rәncurәnin
Mәdhi-şahından sәvayi bir kәmalın görmәdim.