Məzmuna keç

Bismillah ər-Rəhman ər-Rəhim

Vikimənbə saytından
(Kitabi-tarixi Qarabağ/Bismillah ər-Rəhman ər-Rəhim səhifəsindən istiqamətləndirilmişdir)
Mir Mehdi Xəzani və onun "Kitabi-tarixi Qarabağ"əsəri Kitabi-tarixi Qarabağ Bismillah ər-Rəhman ər-Rəhim

Amma müqəddimə. Bu
hekayətlərin əsil əvvəl raqım və ravilərin bəyan edər
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006,


BİSMİLLAH ƏR-RƏHMAN ƏR-RƏHİM

Hemdü sənayi-bihədd və ədəd ol maliki-külli-məmalik və xaliqi-küllixəlayiqi-xüdavənde şayistə və layiqdir ki, taci-dövlət və şərafəti və külahi-izzət və səadəti hər kimin başına layiq bilsə qoyar və hər kimsədən nəz edib soyar ki, filhəqiqə dövlət və bəxtiyarlıq və sultan və sərdarlıq və hər növ sahibi-ixtiyarlıq məhz onun kərəmi-əmim və lütfi-qədimindər ki, xaliqi aləm və aləmiyan və saneyi-zəminü asiman və müğəllibi-övzai-zaman və xəbər-dari-cəmii-aşikarü nəhandır cəllət əzəmətəhü ve əmmət nemetehu. Və bedə çün sahibani-əql və bəsirətə və hüşməndani-əhli-fərasətə bu əmr vazeh və məlumdur ki, keçən güzarişat və vəqayeyi-qədim əhval və təvarixi bilib və xəbərdar olmaq və hər vilayətin keyfıyyət və övzaina mülahizə qılmaq insan üçün baisi-ibrət və bəsirət və əz cümlə səyahət və mərifi və ziyadəti fəzl və mənfəətdir. [1]*

Bəsirəti-əhli-ibrət sanma hər cahildən əxz eylər,

Süluki-əhli-təriqi mürşidi-kamildən əxz eylər.
Seyahəti-bəhrü bərr seyri deyil ərbabi-ürfanə,

Ki, talibi-rəsmi-hikmət arifı-aqildən əxz eylər.

Bu mənalara görə bəzi məxadimi-cani və əxlan-ruhani, o cümlədən sərdəftəri-ərbabi-məani və mehri-sipehri-izzət və rüfət və nüktədani-alicahinicabəti-iktibah ki, səramədi-ərbabi-bəsirət və növnəhali-riyazi-nəcabət idi, səvabiqi-irtibat və təzayidi-iltifatları səbəbinə bu mühibbi-xeyirxah və raciyiiləllah Axund Seyid Mir Mehdi ibn mərhum Mirhaşım bəy ibn Mirzə Məhəmmədbağır-əl-Musəvi-ər-Rəzəvi, vəziri-vilayəti-sülseyi-Məşhədül müqəddəssiyül-əsl və Qarabağiül-məskən, mütəxəllis be-Xəzanidən xahişmənd oldular ki, bir kitabi-məcmueyi-müxtəsər tərtib və təsnif edib və vazeh türki lisanına tərcümə qılıb yazam ki, Qarabağ vilayətinin qədim və cədid övza və keyfiyyətləri və xəvanini-sabiqeyn-mərhumin Pənah xan və İbrahim xan və Mehdiqulu xanın ənsab və əhval və bəzi vəqaye və hekayətləri və Rusiya dövləti ilə İran dövlətinin təlaqiyi-əvaillərdə vaqe olan pareyi-cəng və ədavətləri onda cəm və mündərəc ola ki, həm mütaliə edənlər əhvali-vilayətə müttələ olub bəsirət qıla və həm bu duaguyi-müxlisdən mütəzzəkkir xatir olunmaq üçün yadigar qala. Əgərçi mən özümdə o ləyaqəti görməz idim və bu cür hadisələri yazıb qələmə almağı ömrünü sərf edib kağız üzərinə qeyd etməz idim. Bununla belə zəbanitürki, xüsusən istilahati-əhaliyi-Qarabağ tamam adi, bərbəzəksiz və çox sadə olduğu səbəbə heç cür yazı ki, mərifət sahiblərinə təqdim etməyə layiq ola əmələ gəlməz idi və əgər sözlər dəyişilib qanun-qayda çərçivəsinə sığışsaydı və başqa ifadələrlə yazılsaydı, təmiz türk dilində olmazdı. Lakin şul məxdumi-əzizin xatiri-şərifləri ziyadə əziz olmaq üçün əmrindən təcavüz etmək əmri-müşkül olurdu və bu mətalib tələbkarı olan bu nüsxə təlif və tərğimini həmin bu türki istilahati-Qarabaği ilə təmenna qılardı. Fehəza təhriri mavəcə əhvalı lazım bir zəmmə bilib tərğiminə şüur etdim. Ümid ki, mütaliə edənlər müayibi üçün bəndəni müatib etməyib məsadiqinə görə həqiri məfuz və məzur buyuracaqlar, minallah tovfıq. Bu kitabça bir müqəddimə və iyirmi dörd fəsil və bir xatimə ilə itmamə yetişdi.

Ya rəbb, nə olur qəbuli-dərgah ola bu,

Hər məcməi-xassü amə həmrah ola bu.
Lütfün bu səvadə bir şərafət verə kim,

Ərbabi-vəfa görəndə dilxah ola bu.

Qeydlər

[redaktə]
  1. Bütün məmləkətlərin maliki və bütün xilqətlərin xaliqi olan Tanrıya həmd və duamız layiqdir. Hər kimin başına layiq bilsə dövlət tacı, izzət, səadət və şərafət papağı qoyar. Həqiqətdə dövlət və bəxtiyarlıq və sultan və sərdarlıq, hər növ sahibi-ixtiyarlıq məhz onun böyük kərəmi və qədim lütfundədir ki, xaliqi-aləm və aləmlər və yeri-göyü yaradan, zamamn vəziyyətini dəyişən, bütün aşkar və gizli şeylərdən xəbərdar olan odur. Onun əzəməti daha cah-calallı və nemətləri daha bol olsun. Və sonra çün əql və bəsirət sahibləri, fərasət huşməndləri üçün bu məsələ aydın və məlumdur ki, keçmiş hadisələr və əhvalatlar, qədim əhval və tarixləri bilib xəbərdar olmaq və hər bir vilayətin keyfıyyət və vəziyyətini mülahizə etmək insan üçün baisi-ibrət və bəsirət, həm-çinin səyahət və mərifət, fəzl və mənfəəti artırar.