Magna Carta
Bu əsəri və ya bölməni vikiləşdirmək lazımdır. Lütfən, onu ümumvikimənbə qaydalarına uyğun şəkildə tərtib edin. |
Haqqında
[redaktə]Təmin edilmiş insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiy¬yəti) uğrunda mübarizə tarixindən daha gəncdir, onun cəmisi 700 yaşı var. Demokra¬tiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin (dövlət müdaxiləsindən qorunmuş insan haqlarının) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır. Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baş vermiş hadisələr insan haqları uğrunda müba¬rizə tarixinin başlanğıc nöqtəsi kimi qəbul olunub. O zamandan indiyə kimi hər bir fər¬din şəxsi, siyasi və sosial haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almış¬dır...
Kral Con Plantagenet (tarixi romanlardan bizə tanış olan Şir ürəkli Riçardın kiçik qardaşı) ağılsızcasına və israfçılıqla hökmranlıq edirdi. Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi iri feodalları da özünə qarşı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək tələbini feodallar həddini aşmaq hesab etdilər. Kralın özbaşınalığından hiddətlənmiş bir neçə nüfuzlu baron qoşun toplayaraq uğursuz danışıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı.
Qələbədən sonra baronlar, həmişə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə “ədalətli kral”ı gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın.
Həmin sənəd insan haqları, kral hakimiyyətinə qoyulmuş məhdudiyyətlər, hüquqi norma və prosedurların siyahısından ibarət idi; Magna Carta və ya İngilis Azadlıqlarının Böyük Toplusu kimi tanınan bu sənəd 63 bənddən ibarət olub “Krallığımızın bütün azad insan¬larına” sözləri ilə başlanırdı.
Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edə bilməzdi...
Cek və Adam Livlilər (J. & A.Lively, Democracy in Britain, 1994) yazırlar ki, bu sənədi müasir mənada insan haqları bəyannaməsi adlandırmaq olmaz. Magna Carta yalnız konkret situa-siyaların həlli üsullarının siyahısıdır, orada öz əksini tapmış hüquqların əksəriyyəti isə yalnız baronlara aiddir. Bundan əlavə, həmin müəlliflər hesab edirlər ki, Magna Carta-nın mətni mühafizəkardır, o, yeni idarə üsulunu bəyan edən dildən daha çox, mövcud hüquqları təsdiqləyən bərpa dilində yazılıb...
Bütün bunlara baxmayaraq, həmin sənədin liberalizmin inkişafında əhəmiyyəti çox böyük¬dür. Magna Carta konstitusiya tipli hakimiyyətin əsasına çevrildi. Sonralar inadlı müba¬rizə nəticəsində yalnız baronlara aid olan hüquqlar ölkənin bütün vətəndaşlarına aid edil¬di, sənədin bəzi müddəaları isə ölkənin hüquqi sisteminin əsasına çevrildi. 1295-ci ildə kral I Eduardın hakimiyyəti dövründə fəaliyyətə başlamış ilk İngiltərə parlamen¬tinin üzvləri qərarların qəbulu zamanı daim Magna Carta-ya müraciət edirdilər.
Müttəhimlə eyni statusu olan andlıların qərarı olmadan heç kəs məhkum və ya mülkiyyətin¬dən məhrum edilə bilməz — bu müddəa demokratik məhkəmənin əsaslarından birinə çevril¬di.
Bu gün demokratik ölkələrdə qəbul edilmiş “vergiləri yalnız vergiödəyənləri təmsil edən parlament tətbiq edə bilər” qaydası öz başlanğıcını Magna Carta-nın belə bir müddəasın¬dan götürür ki, torpaq sahibkarları olan lordların razılığı olmadan kral yeni vergilər tətbiq edə bilməz.
Magna Carta-nın taleyi asan olmayıb. Sənədin imzalanmasından dərhal sonra kral Con baronlarla sazişi pozdu və ölkəni yenidən vətəndaş müharibəsi alovu bürüdü. Lakin kral Conun varisi III Henrix Magna Carta-nın qüvvəsini yenidən bərpa etdi və 1225-ci ildə krallığın bütün münaqişə edən tərəfləri sənədi son redaktədə qəbul etdilər.
Krallar sonralar da öz hakimiyyətlərini asanlıqla bölüşdürmək istəmirdilər, ancaq Magna Carta-da təsbit olunmuş hüquqlar tədricən İngiltərə vətəndaşının kimliyinin bir hissəsinə çev¬ri¬lir və istibdada qarşı mübarizə səngimədən gedirdi.
MAGNA CARTA -İngiltərə kralı Conun imzaladığı İngilis Azadlıqlarının Böyük Toplusu (1215-ci il)
[redaktə]Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hök¬mün¬dən və ya ölkə qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətindən məhrum oluna... bilməz.
Allahın mərhəməti ilə İngiltərə kralı, İrlandiya hökmdarı, Normandiya və Akvita¬niya hersoqu, Anju qrafı Con öz arxiyepiskopları, yepiskopları, abbatları, qrafları, baron¬ları, hakimləri, meşəbəyiləri, şerifləri, idarəçiləri, nökərləri olan bütün qulluqçu və sadiq təbəələrinə müraciət edir:
Sizi salamlayıram...
...Krallığımızın bütün azad insanlarına özümüzün və varislərimizin adından aşağıda gös¬tə¬rilən Azadlıqları onların və varislərinin sahibliyinə və mühafizəsinə əbədi olaraq bəxş edirik:
...(12) Krallığın Ümumi Şurasının razılığı olmadan krallığımızda heç bir vergi və mükəlləfiyyət tətbiq edilə bilməz...
(20) Xırda cinayət törətmiş azad insan ancaq həmin cinayətin dərəcəsinə görə, ağır cinayətə görə də həmin qaydada, amma öz statusundan məhrum edilməmək şərti ilə cəzalandırılacaq.
Beləliklə, kral məhkəməsinin rəhmdilliyi ilə üzləşmiş tacir öz mallarından, əkinçi isə öz torpaqlarından məhrum ediləcək.
Bu cəzalardan heç biri qonşuluqda yaşayan ləyaqətli adamların and içərək çıxardıqları qərar olmadan verilə bilməz...
(39) Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hökmündən və ya ölkə qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiy¬yətindən məhrum oluna, qanundan kənar qoyula, sürgün edilə, hər hansı yolla cəmiy¬yətdəki mövqeyindən məhrum edilə bilməz, eləcə də biz ona qarşı güc işlətməyə¬cəyik və başqalarını da buna məcbur etməyəcəyik.
(40) Hüquq və ya ədaləti heç kəsə satmayacaq, rədd cavabı verməyəcək və təxirə sal-mayacağıq.
(41) Bütün tacirlər sağ-salamat və qorxusuz İngiltərəyə gedib-gələ, ticarət məqsədilə qədim və qanuni rüsumlara uyğun, qanunsuz vergilərdən azad şəkildə quru, su yolları ilə ölkədə səyahət edə və ya burada yaşaya bilərlər.
Fəqət bu, müharibə dövrünə, bizimlə vuruşan ölkələrin tacirlərinə aid deyil. Biz və ya baş hakimimiz bizimlə vuruşan ölkədəki tacirlərimizlə necə rəftar edildiyini müəyyənləşdirənə kimi hər belə tacir onun şəxsiyyətinə və mülkiyyətinə ziyan to¬xun¬¬¬-madan müharibənin başlanğıcında tutulub saxlanılmalıdır. Tacirlərimiz sağ-salamatdırlarsa, onlara da xətər toxunmamalıdır...
Mənbə
[redaktə]1. Hikmət A.Hacızadə “Demokratiya: Gediləsi Uzun bir Yol” Demokratiya və Antidemokratiya Antologiyası (e.ə.430 – b.e.1998), FAR CENTRE, Bakı, 2001