Məzmuna keç

Bəşər hər gün ağrı-acıdan qan ağlar, Oruc

Vikimənbə saytından
(Orucluq nədir? səhifəsindən istiqamətləndirilmişdir)
Bəşər hər gün ağrı-acıdan qan ağlar, Oruc! (1993)
Müəllif: RAUF CAVAD

İlahi, özüm üçün vicdanım tutar Oruc!
Aclığı dərk etməyə, vücud nə qanar Oruc!

Ey Rəbbim, sən yar ol həqiqəti görməyimə!
Hər gün kim çəkər əziyyət!? Tutar aclar Oruc!

Bəşər dönüb zalıma, edir zillət özünə,
Təmizlənməz vicdan, nə qədər tutsa ar Oruc!

Əməlin gözəlidir təmiz saflıq qanana,
Acları anlamağa, edər saf, paklar Oruc!

Yaradan deyib tut Oruc! Aclığı qanmağa!
Aclıq lazım, Acı duymağa!? Nəfs anlar Oruc!?

Gör nə qədər Ac var! Qalıb həsrət bir çörəyə!
Acların hər gün halına, yanmağa var Oruc!

Gərəkdir insan ola xeyirxah cəmiyyətə,
Bəşər o vaxt insandır ki, xalis olar Oruc!

Yusif bilir nə çəkir Ac, duyur acı nalə!
Hər gün ac qalan Qərib aclar, Ac qalar Oruc!

Olmaz belə zillət! Qalmaz yetim həqqi yerdə!
Zaman gələr görünər həqiqət, sorar Oruc!

Aldanma pis nəfsinə! Olma zülmkar bəşərə!
Əyilmə hər istək tərəfə! Bulanar Oruc!

Heyvani şər istəyinə yönəlmə nə badə!
Şəhvətin nəfsinə olma kölə! Solar Oruc!

Dünya fanidir! Aldanma bom-boş istəyinə!
Xoş olan nəfsinlə ol kimsəsizə yar, Oruc!

Tuturam Oruc! Verirəm cəza öz-özümə!
Çün görməyib gözlər, cəzalı günahkar, Oruc!

Tor gəlib bəşərin tamahkar kor gözlərinə,
Dərs almayıb Əli Ədalətindən kar, Oruc!

Rauf, düşünmür kimsə, lakin oxuyur Quran!
Bəşər hər gün ağrı-acıdan qan ağlar, Oruc!