Gər səninçün qılmasam çak, ey büti-nazikbədən

Vikimənbə saytından
(Qəzəl (Həbibi) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qəzəl
Müəllif: Həbibi


Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.

Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il,
Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən.

Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən.

Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub,
Mən deməzmidim ki, danla ağlıyasıdır gülən?

Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül,
Kim batar cisminə təndə hər tük olmuş bir tikən.