Məzmuna keç

Xəyalü fikrə gətir şeşi-cəhət dünyani

Vikimənbə saytından
(Qəzəl (Mirzə Nəsrulla bəy Didə) səhifəsindən istiqamətləndirilmişdir)
Xəyalü fikrə gətir şeşi-cəhət dünyani
Müəllif: Mirzə Nəsrulla bəy Didə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xəyalü fikrə gətir şeşi-cəhət dünyani
Təvir eylə cəmiyyən caham-imkani.

Xəyali-dairəsin hərgız cahanə çəkib
Miyani-aləmi gəz diqqətanə hər yani.

Kamali-elminə çatdın o dəm mühəqqəq olur
Təmami-rəncü qinadır təmamisi fani.

Qərəz, bu faniyədə mənzili-bəqa qılmaq
Kamali-eyni xətadır dəlili nadani.

Həmin bu mənzili-dünya mürur mənzildir
Düşən kimi gedəsən, çün rəvani-ruhani.

Nəinki burda əsasi-qəbilələr qoyasan
Tədarükati-mərtəb muradi-tulani.

Xəyal eyləsənə masabiq qəbilələri
Sənə bəyan qılım birbəbir, görək hani.

Neçə sənədir aləmi-cəhanə gərdiş edib
Alıb gəzib-dolanıb ta fəzayi-zülmani.

Neçə kəyani-şahənşah vücudu xakə dönüb
Qubari-dəşt olub padişahi-Sasani.

Neçə-neçə başi gühərnigar sahibi-tac
Şahənşahın başı olmuş ləhdidə pünhani.

Dəfin xak olub dövlətilə sən Qarun
Həzar badə gedib xeyməyi-Süleymani.

Hanı şərareyi-aləmi-əsasi-Çingiz
Ki qətli-ami-moğol dağıtdı dünyani.

Nə oldu Nadir, Keyfi satan gövhərtac
Ki fəth qılıb alıb hind ilə Dağıstani.

Çıxartdı Rum ilə qeyri-zəmin-İrandan
Nə saf qıldı cədidən fəzayi-İrani.

Neçə vəzirü müşir ki, həlqeyi-fikri
Fələkdə bəndə çəkə xuni-fəşan keyvani.

Neçə həkimi-müəssis fühuli-danişmənd
Fəzayi-aləmə gəlmış, xüsusi yunani.

Neçə alimü müdərris dəqiqi-şərhi-aləm
Mülki-Tahir edib mədh edə bu insani.

Neçə lətif süxənvər, bəliği-vaizlər
Fəsahəti unuda, laf-bafi-səhbani.

Neçə təbib müdəqqiq ki, şəmsdən gövhər
Üsuli-şivələrilə sədayi-həmmani.

Neçə şəbih dolur hiz bir sahibi-tağ
Qılafi-qəbrə gedib tiğuş töküb, qani?!

Neçə cəmilə-camalü bədiyyə-ayinənur
Ki hüsnü məhv qıla dilbərani-kən, anı.

O ləbdülər nə qədər lalərəng zibalar
Bitibdi qədrinin üstə şəqiqi-nümani.

Xülasə, silsiləyi-kainat hər fərqə
Gəlib durub keçinibdir gədası ya xani.

Qılıbdı ziri-ləhdidə solub təğfin edib
O şux nərgisi gözlər o rəngi-rəmani.

Qərargah degildir bu dəhr-viranə
Duşlək eyləməz əsla əqval-viranə.

Cahan faniyədir, balbədahə muyasi
Zəmanə hadisədir müntəha hərəmani.

Əgərçi zahiri zordur, tələzzizi şirin
Və leyk xanei-zənburdur - bəla kani.

Məəttələm ki, neçün nitqü əql ilə insan
Təcrid eyləyə bilməz məqami-heyvani.

Eşşək ki cümlədə nafəhmdari-həqiqətdir
Vəli, təfəhhüm ediyor çox dəqiq əmmani.

Deyəndə çoş, yerir, çoş desən, dayanı-durar,
Ki, nəsibü cəzm bulur elmi-nəhvi-ünvani.

Əcəb bu natiqi-insan əməldə kahaltər
Təmyiz eyləyə bilməz təriqi-ürfani.

Xülasə, mətləb odur, ey kirvə əhli-bəşər,
Gərəkdi arif ola müddəi imani.

Nə aldadıbdı səni cifəhayi-darqürur,
Nə çox fəribə çəkibdir həvayi-nəfsani?!

Beş-altı aqça səni eyləyib nə çox məgrur,
Fərəh-fərəh nə yerirsən çü mürğı-Tehrani?!

Beş-altı gün də dayan nagəhan məsid-qəza
Gəmişdirir canına bil məmati-tərlani.

Yetişdi, aldı vücudun, dağıtdı tüklərini
Büküldü bir kəfənə, get görək o pul hani?!

Aya qəniyyül-əyyamü, nəbirəyi-Qarun
Nə hərisdir bu qədər cəmi mali-dünyani.

Nə şövqdür bu qədər şaiqi-imarətsən
Sipehrə çəkməyəcəksən rəvani-eyvani.

Mürüvvət eylə, nə çox təşnəsən bu dünyaya
Məgər tamam içəcəksən mühiti-dəryani?!

Açıbdı ağzın əcəl xışmanan əjdər kun
Dəf eyləmək olmaz hücumi-Şəbani.

Gələndə həmhəməyi-zühuri çan şiri-əcəl
Muğan-qəbə düşər səd həzər Xaqani.

Xəyal eyləsənə bir ölüm zəmanəsini
Fəqirə eyləsənə biqərar ehsani.

Qəsəm xudayi-kərimə əməl qalır ancaq
Vəfası yox, yığasan gər həzar milyani.

Qərəz, vəsiyyət idi eylədim bu moizəni
Həmişə Didə deyibdir kəlami-həqqani.

Bəli, maariki-bəqqə şücai-şir gərək
Həmişə şir-şücaət-ümidi-Şirvani.