Biəməl elmlə ancaq keçinən cahildir
Görünüş
(Qəzəl (Ruhi Bağdadi) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qəzəl Müəllif: Ruhi Bağdadi |
Biəməl elmlə ancaq keçinən cahildir,
Kim ki, xətti rüxi-canını oxur kamildir.
Oxumaqla kişi kamilmi olur? La vallah!
"Mən ərəf" sirrinə hər kimi ki irür-kamildir.
Kimi batində edər seyr, kimi zahirdə,
Kiminin mənzili dərya, kiminin sahilidir.
Mərifət ola gərəkdir, kişidə, ey Ruhi,
Cahilin başı göyə irsə, yenə cahildir.