Qadasın aldığım (Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qadasın aldığım
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Kənar gəzmə, yar, otağa qədəm bas,
Asta-asta gəl, qadasın aldığım!
İnsaf eylə, məhəbbəti unutma,
Kəsmə bizdən yol, qadasın aldığım!

Axtarıb Nəcəfi eyləsin soraq,
Ələ düşməz azad dövran, bu növraq.
Sönməz nurdan gələn belə bir çıraq,
Tarix boyu bil, qadasın aldığım!

%50 tamamlandı