Qafil nə duyar? Yazılıb divarə, nə gəzirsən?

Vikimənbə saytından
(Qafil nə duyar!? Yazılıb divarə, nə gəzirsən? səhifəsindən istiqamətləndirilmişdir)
Qafil nə duyar!? Yazılıb divarə, nə gəzirsən? (1997)
Müəllif: RAUF CAVAD

Ey rəngi ağ, qəribə, qani-qarə, nə gəzirsən!?
Çölü biyabanda tənha, əvarə, nə gəzirsən!?

Kim nə bulmuş ki, səhrada?! Nəfsinə qurban olmuş!?
İstərsən dəva-dərman!? Gəl qərarə! Nə gəzirsən!?

Dəli-divanə, fikrinə eşq-macəra salmısan!?
Könülə məlhəm bulmamış, dil yarə, nə gəzirsən!?

Günü keçirən qəlbi yarə, fikri-n tikə-tikə?!
Tək xəyalə aləmdə!? Dərdə-çarə, nə gəzirsən!?

Ey biqərar kimsəsiz, zehnə bürünüb gümanə!?
Fəqir sifətdə nə üzü-biçarə, nə gəzirsən!?

Yox elə bir kəski, edə ahü zar, ümid-nəfsə!?
Tək qalma, qəm-xanə! Yetim-bikarə! Nə gəzirsən!?

Gör nə qədər acı nalə! Bəşərə əlac, nə var!?
Bürünüb faciə, yazıq-minarə, nə gəzirsən!?

Aləmə car çəkir, imdadə körpə-ailələr!?
Qafil nə duyar!? Yazılıb divarə, nə gəzirsən!?

Fitrəti paki-təmizə, bilmir kim, kim niyyəti!?
Fikrəti Sahib zülmətə! Dilarə, nə gəzirsən!?

Nigar ünvani nəfsi-xəyalə, Rauf gümanin!?
Sevirsən Zamani!? Eşqi, dübarə, nə gəzirsən!?