Qoşa sətirlər
Qoşa sətirlər Müəllif: Mirzə Şəfi Vazeh |
Mənbə: Mirzə Şəfi nəğmələri (az). mirzeshefivazeh.org (2014). Orijinal mənbədən 2016-08-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-05. |
Min ev yıxıb, tikirsiniz bir boş minarə,
Ərşə çıxıb qonaq gedin Pərvərdigarə!
Sizin tutduğunuz bu yol asandır.
Fəqət axmaqlarçün ürəkaçandır.
Şeriniz ürəyi gətirməz cuşa,
Qanan kəslər üçün bəladır başa!