Ağ gül, qırmızı gül, illah sarı gül
(Sarı gül səhifəsindən istiqamətləndirilmişdir)
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ağ gül, qırmızı gül, illah sarı gül Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı (2018). Aşıq şeirinin poetik biçimləri və çeşidləri (az). Elm və təhsil. Yoxlanılıb 2020-04-13. |
Yarın bağçasında üç gül açılıb,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Hər üçü də bir-birindən öyməli,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Ağca gülün qapısından baxmalı,
Qızılgülü ağ buxağa taxmalı,
Sarı gülü dəstə tutub qoxmalı,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Ağ gülü oxşatdım ağ göyərçinə,
Qızılgül bənzəyir göydə laçına,
Hüseyn müştaqdır gülün üçünə,
Ağ gül, qırmızı gül, illah sarı gül.
Xarici keçidlər[redaktə]
- Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.