Seyri-gülşәn etsәn, ey gülüzarım

Vikimənbə saytından
Seyri-gülşən etsən, ey gülüzarım
Müəllif: Molla Vəli Vidadi


Seyri-gülşәn etsәn, ey gülüzarım,
Bülbül oxur, bağlar sәdayә düşәr,
Xәttinә baş әyәr sünbül, bәnәfşә,
Gül xaki-payinә fәdayә düşәr.

Xurşidim, xavәrim, hilalım sәnsәn,
Şirinim, şәrbәtim, zülalım sәnsәn,
Fikrim, zikrim, sözüm, xәyalım sәnsәn,
Könlüm haçan sәndәn cüdayә düşәr.

Arizunu çәkәr sahibdilәklәr,
Dolanıb başına dönәr fәlәklәr,
Mәdhin oxur әrş üzündә mәlәklәr,
Hәr biri bir türfә nidayә düşәr.

Xәyalındır xәyalımın hәyatı,
Dәhanın şәkkәri, lәbin nәbatı,
Cәmalın sәdqәsi, hüsnün zәkatı
Mәnim tәk binәva gәdayә düşәr.

İntizarın mәn çәkәrәm peyvәstә.
Könül pәrişandır, xatir şikәstә,
İstәr vüsalını Vidadi xәstә,
Üz xakә fәrş eylәr, duayә düşәr.

Xarici keçidlər[redaktə]