Suya gedən allı gəlin

Vikimənbə saytından
(Suya gedən allı gelin səhifəsindən istiqamətləndirilmişdir)
Suya gedən allı gəlin
Müəllif: Qaracaoğlan
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

— Suya gedən allı gəlin,
Neçin böylə salınırsan?
Gəlin, bir su ver içəyim,
Gəlin, kimin gəlinisən?

— Şu deyildir sənin dərdin,
Görmək isə, yetər, gördün.
Oğlan, burda çoxca durdun
Ağam gələr, döyülərsən.

— Döyülürsəm, döyüləyim,
Söyülürsəm, söyüləyim.
Gəlin, sənə qul olayım,
Ölərəm, qanlım olarsan.

— Yaylalara keçmədinmi?
Soyuq sular içmədinmi?
Gözəl görüb keçmədinmi?
Məni görüb dəlirirsən.

— Dürlü yaylanı aşınca,
Soyuq suları içincə,
Qocalıb vaxtın keçincə,
Daşlar alır, döjdinürsən.

— Evlərinin önü solğan
Ağamı görərsən, qorxan.
Telli pərşəmlisən, oğlan
Nə dedim ki, darılırsan?

— Qaracaoğlan sənə vurğun,
Döşlərin almadan dolğun,
Sevindirdin məni, bir gün
İnşallah cənnət görərsən.