Sədala tək-tək
Görünüş
(Tək-tək (təcnis, Aşıq Alı) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sədala tək-tək Müəllif: Aşıq Alı |
İranda Aşıq Zəkiyə deyilən təcnis-bağlama Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.367 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Ruzi bəxş olundu neçə xilqətdən –
İzhar eylə dürüst səd ala tək-tək.
Əhli Asəfi-Kəf nə məkandadı?
Ad, il ünvanların sədala tək-tək.
Kəhkaşanda nə saydadı səyyara?
Həddi Şəmsi-leyli – eylə səyy, ara.
Fəhmandar kim oldu, hansı səyyara?
Dərsi “ila” ilə, səda “la” tək-tək.
Nə məqamda zühur oldu ayin, ə?
Nafileyi rükət neçə ayinə.
Hansı gündə üç səadət, ayi nə?
Alı, itaətdə sə dala tək-tək.