Təkatək

Vikimənbə saytından
(Təkhatək səhifəsindən istiqamətləndirilmişdir)
Getdi Təkhatək
Müəllif: Ululu Kərim
Darayı bağlar
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.
Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.

Ay həzarat, dərdim həddən aşıbdı,
Ərzi-halım sizə deyim, təkatək.
Gah hazır ərənlər, qırxlar sultanı,
Müşkülüm var, yet dadıma, təkatək.

Bülbülün harayı bu dağa düşmüş,
Sinəm çalın-çarpaz budağa düşmüş,
Məcnun tək məskənim bu dağa düşmüş,
Nəs eylərəm pünhan yerdə təkatək.

Sərindən tökülüb siyah tellərin,
Buxağından dəstə-dəstə güllərin,
Yadıma düşəndə şirin dillərin,
Çünun ollam mən gəzərəm, tətatək.

Kərim deyər, yarələrim yarədən,
Xəstə cismim sızıldarsan yarədən,
Yeri, göyü, ərkü-kürsü yaradən,
Müşkülüm var, yet dadıma, təkatək.

Xarici keçidlər[redaktə]